"Air India", 8 milyard dollar borcla satılır
Hindistanın Baş naziri Narendro Modi dövlət nəzarətindəki hava yolu şirkəti "Air India"nın hamısının və ya bir hissəsinin satılaraq özəlləşdirilməsinə razılıq verib. 1946-ci ildə yaradılan "Air India"nın London "Heathrow" Hava Limanı yaxınlığında bir mülkü, Tokio, Honq Konq və Nairobidə də əraziləri var.
"Air India" eyni zamanda borc bataqlığındadır. 27 min işçiyə sahib olan "Air India" davamlı zərər edir və ümumi borcu 8 milyard dollara çatıb.
Hindistan Mülki Aviasiyasının keçmiş baş direktoru Kanu Gohain "Air India"nı alacaq birini tapmaq yığılmış borc üzündən çox çətindir",- deyib.
BƏS AİR INDİA-NI KİM, NƏ ÜÇÜN ALMAQ İSTƏSİN?
Ekspertlərə görə, ən böyük səbəb şirkətin beynəlxalq marşrutları və ən izdihamlı hava limanlarındakı hüquqlarıdır.
İNVESTORLARIN MƏNFİ REAKSİYASI
Ölkənin ən böyük kommersiya hava yolu şirkəti "Indigo" ötən günlərdə "Air India"ya satışa çıxdığı an talib ola biləcəyini açıqlamışdı, ancaq investorları bu istəyə o qədər də yaxşı reaksiya göstərmədi. "Indigo" səhmləri 8 faiz düşərək şirkətin bazar dəyəri 500 milyon dollar azaldı.
"Indigo"nun sahiblərindən iki milyarder Rahul Bhatia və Rakesh Gangwal, investorları razı salmaq üçün "Air India"ya olan maraqlarının qitələrarası tariflərdə ucuz uçuş planı çərçivəsində olduğunu bildirmiş və bunu mühüm bir fürsət kimi qiymətləndirmişdi.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
6 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur























