Azərbaycanda reseptlər elektron formada olacaq
Səhiyyə Nazirliyinin əmrilə bu ilin iyul ayından dərman vasitələrinin yazılışı, yəni reseptlər elektron formada olacaq.
Marja xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Əczaçılıq Analitik Ekspertiza Mərkəzinin əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov bildirib.
Onun sözlərinə görə, yeni qayda pozuntusuna imkan verilməyəcək: "Yəni dərmanın ticarət adı yox, yalnız tərkibi yazılacaq. Aptek də həmin sistemə qoşulduğuna görə, dərmanı reseptsiz, yaxud da ticarət adı ilə sata bilməyəcək. Elektron reseptlər bir çox ölkələrdə, ən yaxın olan Türkiyədə də tətbiq edilir".
Pərviz Əzizbəyov əlavə edib ki, son olaraq 2018-ci ildən aptek təşkilatlarına dair tələblər və apteklərdən dərmanların buraxılması qaydası, həmçinin reseptlərin yazılışı təsdiqlənib: "Qəbul olunub ki, reseptlərdə dərman vasitələri ancaq beynəlxalq patentləşdirilməmiş adla yazılmalıdır. Yəni, reseptdə dərman vasitəsinin satış adı yox, tərkibi qeyd edilməlidir. O halda dərman vasitəsinin ticarət (satış) növünün yazılışına icazə verilir ki, dərmanın hələ patentləşdirilməmiş adı yoxdur, yaxud da ki, tərkibində üç və daha çox təsiredici maddə var, ya da bioloji oxşar dərman vasitəsidir. Həkimlər buna əməl etməlidirlər. Qərarın qəbul olunmasında məqsəd həkim, əczaçı və topdansatış şirkətləri arasında sövdələşmənin qarşısını almaq olub. Xəstədə ticarət adında dərman yazılan resept olur, o da bunu apteklərdə axtarır. Əslində xəstə həkimin reseptdə yazdığı tərkiblə aptekə yaxınlaşmalıdır və əczaçı həmin tərkibdə olan dərmanları ona təklif etməlidir. Xəstə bu zaman maddi durumuna uyğun olaraq dərman vasitəsi seçimi edə bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























