Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"MKT İK" şirkəti Sabirabaddakı zavodunda baş vermiş yanğın haqqında məlumat yaydı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"MKT İK" şirkəti Sabirabaddakı zavodunda baş vermiş yanğın haqqında məlumat yaydı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“MKT İstehsalat Kommersiya” MMC ("MKT İK") dünən axşam pambıq emalı zavodunda baş vermiş yanğın haqqında məlumat yayıb.

Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir:

“Sosial şəbəkə səhifələrində və bəzi xəbər portallarında şirkətimizə məxsus, Sabirabad rayonu Axtaçı-Muğan kəndində yerləşən, pambıq emalı zavodunda yanğının baş verməsi ilə bağlı məlumatın yer aldığı xəbərlər yayımlanmışdır.

Məsələ ilə bağlı bildiririk ki, 19.02.2023 tarixində “MKT İK” MMC-nin Sabirabad rayonu Axtaçı-Muğan kəndində yerləşən və şirkətimizə məxsus olan pambıq emalı zavodunun yerləşdiyi ərazidən kənarda, qeyri-müəyyən səbəbdən yaranmış yanğının pambıq mahlıcı kiplərinin saxlanıldığı talvarlara sirayət etməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Yanğının əhatə dairəsi lokallaşdırılıb və tam söndürülmüşdür, hal-hazırda soyutma işləri davam edir. Hadisə nəticəsində xəsarət alan olmamışdır.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir!”"

20.02.2023 11:36
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18