Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Rusiyada danışıqlar aparıb
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyada səfərdədir.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçla görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdevlə görüşündə gəmiqayırma və metallurgiya sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Rusiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Kazanda da olub.
Rusiya Federasiyası Tatarıstan Respublikasının başcısı (rəisi) Rüstəm Minnixanov nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı regionları ilə qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb, Tatarıstanla sənaye, innovasiyalar, kiçik və orta biznesin dəstəklənməsi və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətləri müzakirə olunub.
Nümayəndə heyətinin Tatarıstanın sənaye və ticarət nazirliyinin nümayəndələri ilə keçirilən işgüzar görüşündə isə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, sənaye zonaları sahəsində əlaqələrin genişləndirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.
Tatarıstan Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əsası 2012-ci ildə qoyulan və xüsusi olaraq İT mütəxəssisləri üçün Rusiyada yaradılan ilk şəhər – İnnopolisin qabaqcıl innovativ texnologiyaları, “Ağıllı şəhər” konsepsiyasına əsaslanan infrastrukturu, eləcə də “Alabuqa” sənaye parkında istehsal prosesi, rezidentlər üçün yaradılmış şərait və investisiya mühiti ilə tanış olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


