
Azərbaycanın neft və qaz ixracından gəlirləri kəskin azaldı
Gəlirlərin azalması xaricə satılan neft və qazın miqdarının aşağı düşməsi ilə əlaqədardır.
2023-cü ilin yanvar ayında Azərbaycandan 1 milyard 592 milyon 311 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. 2022-ci ilin yanvarında bu malların ixracı 2 milyard 854 milyon 510 min dollar təşkil etmişdi. Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycanın ixracının məbləği 1 milyard 262 milyon 199 min dollar və ya 44% azalıb.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracından gələrlər 633 milyon 688 min dollar və ya 31,2% azalaraq 1 milyard 397 milyon 747 min dollara, təbii qaz ixracından gəlirlər 663 milyon 265 min dollar və ya 5,7 dəfə azalaraq 140 milyon 36 min dollara düşüb. Neft məhsullarının ixracı isə 28 milyon 789 min dollar artaraq 45 milyon 932 min dollara yüksəlib.
Müqayisə olunan dövrdə miqdar ifadəsilə Azərbaycanın xam neft ixracı 1 milyon 259 min 433 ton azalaraq 2 milyon 246 min 118 tona geriləyib. Azərbaycandan 2022-ci ilin yanvarında 3 milyon 505 min 551 ton xam neft ixrac edilmişdi.
Azərbaycandan təbbi qaz ixracı, miqdar ifadəsilə, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında 1 milyard 357 milyon 587 min kub metr azalaraq 255 milyon 612 min kub metrə düşüb. 2022-ci ilin yanvarında Azərbaycandan 1 milyard 613 milyon 199 min kub metr təbii qaz ixrac edilmişdi.
Neft-qaz sektoruna daxil olan malların ixracı 2023-cü ilin yanvar ayının ixracının 84,8%-ni təşkil edib. Ötən ilin yanvarında bu nisbət 92.48% idi.
İXRAC AZALIB, İDXAL ARTIB
2023-cü ilin Yanavar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 289 milyon 529 min ABŞ dolları təşkil edib. İxrac əməliyyatları 1 milyard 876 milyon 84 min ABŞ dolları, idxal əməliyyatları üzrə 1 milyard 412 milyon 687 min ABŞ dolları təşkil edib. Xarici ticarətdə saldo müsbət 464 milyon 156 min ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 milyard 61 milyoyn 547 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 3 milyard 86 milyon 682 min ABŞ dolları, idxal əməliyyatları 974 milyon 865 min ABŞ dolları, saldo 2 milyard 111 milyon 817 min ABŞ dolları təşkil etmişdi.
Azərbaycanın xarici ticarətində profisit (müsbət saldo) 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında 4,5 dəfə az olub. Saldonun kəskin azalması ixracın düşməsi, idxalın isə artması ilə əlaqədardır. Xarici ticarət dövriyyəsi 19 %, ixrac 39,2 % azalıb, idxal isə 44,9 % artıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq” – Fərid İslamovla “Bir Bonus” haqqında müsahibə
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
-
- 3 gün sonra
- 18 d. əvvəl
- 25 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Sabah "BİRKART BOKT"ın 2 milyon manatlıq istiqrazları yerləşdiriləcək
-
1 saat əvvəl
FMG şəhid və qazi övladlarını sevindirib, məktəb ləvazimatları hədiyyə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycanda illik inflyasiya daha da yavaşlayıb

Bank BTB-də “Qızıl Payız” kampaniyası

Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb

“AzInTelecom”dan şəhid övladlarına dəstək
Ən çox oxunanlar

Cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 milyard dolları müsbət saldo qeydə alınıb

Mərkəzi Bank faizlərini dəyişməz saxladı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir

Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub

Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
