"Ziraat Bank Azərbaycan"ın mobil tətbiqilə zəlzələdə zərər çəkənlərə dəstək olmaq daha da asanlaşdı
(®️) Ziraat Bank Azərbaycan Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələdə zərər çəkənlərə yardım etmək istəyən müştəriləri üçün Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platforması vasitəsilə ilə daha rahat şəkildə yardımın icrası məqsədilə əsas səhifədə “AFAD” qurumuna ianələr üçün xüsusi düymə yaratmışdır.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan həm filialları, həm də rəqəmsal platformaları vasitəsi ilə zəlzələdən zərər çəkənlər üçün köçürmələri fəlakətin baş verdiyi ilk gündən bəri komissiyasız və ƏDV-siz icra edir.
Bank həmvətənlərimizin daha aydın və rahat şəkildə ianələrini köçürməsi məqsədi ilə iki növdə fərqli izahedici video təlimatlarını da hazırlamışdır.Təlimatlarda istər Ziraat Bank Azərbaycan bankının müştərisi, istərsə də müştərisi olmayan şəxslər ianə etmə üsulları ilə bağlı aydın şəkildə tanış olub, dəstək məqsədli köçürmələrini rahat icra edə bilərlər.
Bank müştəriləri üçün Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platformasında köçürmənin icra edilməsi ilə bağlı açıqladığı videonu izləyicilərmizin diqqətinə çatdırırıq.
Ziraat Bank Azərbaycan baş vermiş təbii fəlakətdə zərər çəkənlərə yardım etmək istəyən, amma müştərisi olmayan həmvətənlərimiz üçün də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəsmi saytında ianə edilməsi imkanı haqqında video təlimat da hazırlamışdır.
Təlimatda göstərilir ki, agentliyin rəsmi saytında “Deprem Bağış Hesapları” səhifəsinə keçid alaraq ölkədaxili banklara məxsus istənilən valyuta növündə kart ilə “AFAD” qurumunun TL, USD, EUR valyutalı hesablarına yardımı asanlıqla həyata keçirmək olar.
Bank xüsusilə bildirmişdir ki, ianənin köçürulməsi zamanı qeyd olunan vəsaitdən vergi tutulmur.
İanə üçün bəhs edilən videonu izləyərək, növbəti linkə keçid alıb yardım etmək istəyən həmvətənlərimiz köçürmələrini asanlıqla icra edə bilərlər. Link: https://www.afad.gov.tr/
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
7 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
8 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 9 saat əvvəl
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















