Unibank ötən il biznes kreditləşməsini kəskin artırıb

“Unibank” KB ASC 2022-ci il ərzində biznes kreditləşməsinə xüsusi diqqət yetirib. Bankın tarixində ilk dəfə olaraq biznes kreditləri portfeli 31 dekabr 2022-ci il tarixinə 274 milyon manatı ötüb. Bu əvvəlki illə müqayisədə 32 milyon manata yaxın artım deməkdir.
Bankın yaydığı məlumatda bildirilir ki, ötən il ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 336 milyon manat təşkil edib. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi 2021-ci illə müqayisədə 56% yüksəlib. Hesabat dövründə təkcə dövlət fondları hesabına maliyyələşən güzəştli kreditlərin həcmi 2021-ci illə müqayisədə 8 % artaraq 22 milyon manat olub. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahblərinin sayı da 37% artıb.
Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hesablaşma kassa əməliyyatları üzrə 32%, aktiv biznes müştəriləri sayında 40% artım qeydə alınıb. Ötən il biznes müştəriləri hesablarında qalıq üzrə artım 65% olub. Kiçik, orta sahibkarlar üzrə kredit satış artımı 36.6%, işlək kredit portfelin artımı isə 19.1% təşkil edib. Ümumilikdə isə biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Təkcə onlayn kreditlərin satışında 2021-ci illə məbləğ olaraq müqayisədə 2022-ci ildə 92% artım var. Biznes sahibləri üçün istifadəyə verilən mobil əlavə sahibkarların bank xidmət və məhsulları ilə məsafədən təminatını bir qədər də artıracaq.
Biznesə yönəldilən kreditlərin içərisində mikrokreditlərin xüsusi çəkisi də kəskin artıb. 2022-ci ildə mikrokedit portfelində 2021-ci illə müqayisədə 74 % artım qeydə alınıb. Əvvəlki ilə baxdıqda, 2022-ci il ərzində verilən mikrokreditlərin həcmi məbləğ olaraq 81%-dək, sayı isə 61% artıb. 2020-ci illə müqayisədə isə ötən il verilən mikrokreditlərin məbləğində 229%, sayında isə 170% artım olub.
“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, ötən il ərzində ayrılan mikrokreditlərin böyük hissəsi avtomatlaşdırılmış formada həyata keçirilib. 2022-ci ildə verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək anında ona ayrılacaq kreditin məbləğini və şərtlərini təyin edə bilir. Ötən il rəsmiləşdirilən mikrokreditlərin say baxımından 55%-i skorinq sistemi ilə verilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
-
1 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
