Qırğız ekspertlər Laçında yaradılmış yak təsərrüfatına baxış keçiriblər
Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edirLaçın və Kəlbəcər rayonlarının yüksək dağlıq ərazilərində fəaliyyət göstərən eksperimental yak təsərrüfatında monitorinqlər davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Qırğızıstan respublikasından dəvət olunmuş ekspertlərlə birgə təsərrüfata baxış keçirib, heyvanları müayinə ediblər.
Qırğız ekspertlər yak təsərrüfatının idarə olunması ilə bağlı yerli mütəxəsislərə təlim keçib, onlara heyvanların təsərrüfatda və vəhşi təbiətdə davranışları, onlara qulluq qaydaları barədə geniş məlumat veriblər.
Xarici və yerli mütəxəssislər arasında heyvan xəstəlikləri, yakların yem rasionu, döl dövrünə hazırlıq və digər mövzular barədə fikir mübadiləsi aparılıb. Təsərrüfatın fəaliyyətini qənaətbəxş hesab edən qırğız ekspertlər yakların sürətli çəki almasını, yerli şəraitə qısa müddətdə adaptasiya olunmasını Laçın və Kəlbəcər yaylaqlarının qış otlaqların yem bolluğu, keyfiyyətli su mənbələrinin olması ilə izah ediblər. Yarımvəhşi formada bəslənən yakların otlaq sahələrinə baxış keçirilib, otlaqların vəziyyəti dəyərləndirilib, yay aylarında yakların köç edə biləcəyi potensial ərazilər müəyyənləşib.
Qeyd edək ki, ötən il dekabrın 8-də Azərbaycana ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.
Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.
Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.
Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib. Yaklar mütəxəssis nəzarətində saxlanılır.
Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir.
Yak heyvan növünun əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır.
Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir.
Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizə qədərdir Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
12 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
-
17 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
36 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
53 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
Qızılın bahalaşması yenidən sürətlənib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















.jpg)

.jpg)




