Azercell-in internet trafiki 40% artıb
“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndirməyə davam edir. Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in internet trafiki 40% artıb.(®) “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq ötən ilin avqust ayında şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə start verən Azercell bu istiqamətdə bir sıra mühüm işlər görüb.
Lider mobil operator Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salaraq bütün Fəvvarələr Meydanı ərazisi boyu bu texnologiyanı sınaq rejimində istifadəyə verib. Paralel olaraq, cəmi 5 ay ərzində Azercell 100-dən çox yeni 4G baza stansiyasını quraşdırıb, 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparılıb. Yeni quraşdırılan baza stansiyalar paytaxt Bakı və Abşeron ilə yanaşı, Göyçay, Astara, Ağdaş, Qusar, Yardımlı, Kürdəmir, İsmayıllı, Şəki, Şabran və Qəbələ zonalarını əhatə edib.
2022-ci ildə lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 6% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində internet trafikinin həcmində 40% artım müşahidə edilib.
Azercell işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan Azercell, Qarabağda da “yaşıl” texnologiyaların tətbiqinə başlayıb. Mobil operator artıq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır.
Hazırda Qarabağda Azercell-in 100-ə yaxın baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir.
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan Azercell mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə dair layihə çərçivəsində Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdıracaq və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
5 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











