AYİB-in vitse-prezidenti və icraçı direktoru Azərbaycana səfər edəcək
Nümayəndə heyətinin yüksək səviyyəli dövlət rəsmiləri, diplomatik icma, tərəfdaşlar və müştərilərlə görüşü gözlənilir. Əsas diqqət bərpa olunan mənbələrə, dayanıqlı infrastruktura, maliyyə dayanıqlığına və islahatlara yönəldiləcəkAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bowman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-dan 19-dək öncə Ermənistan, Gürcüstan və sonda Azərbaycan olmaqla Qafqaza səfərini həyata keçirəcək.
Marja.az AYİB-in yaydığı məlumata istinadən xəbər verir ki, səfər AYİB prezidenti Odil Renaud-Bassonun sentyabrda Qafqaza son səfərindən sonra baş tutacaq.
Səfərin məqsədi həm özəl, həm də dövlət sektorunda qarşıda duran layihələri müzakirə etməkdir. Maliyyə dayanıqlığı, islahatlar və Bankın qarşıdan gələn yeni ölkə strategiyalarına hazırlıqla bağlı müzakirələr də gündəmdədir.
AYİB nümayəndələri Azərbaycanın siyasi rəhbərliyi ilə görüşəcəklər. Səfər çərçivəsində, həmçinin diplomatik ictimaiyyətin nümayəndələri, beynəlxalq inkişaf tərəfdaşları və Bankın mövcud biznes müştəriləri ilə görüşlər nəzərdə tutulub. Nümayəndə heyəti Azərbaycanın Mərkəzi Bankı ilə də görüş keçirəcəkdir.
1992-ci ildə Qafqazda fəaliyyətə başlayandan bəri AYİB regionun maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 650-dən çox layihəyə 10 milyard avrodan çox sərmayə qoyub ki, bu investisiyaların əksəriyyəti özəl sektordadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)









