Sahibkarlar Unibanka təşəkkür edirlər
(®)Etibarlı maliyyə tərəfdaşı biznes sahibinin ən yaxın dostudur.
30 illik yubileyini qeyd edən Unibank, bu illər ərzində onminlərlə sahibkarın etibarlı maliyyə tərəfdaşı, bizneslərinin inkişafında ən yaxın dəstəkçisi olub. Hazırda Bankın biznes müştəriləri siyahısında yüzlərlə sahibkar var ki, onlar ilk bizneslərini “Unibank”ın maliyyə dəstəyi ilə qurublar və uzun illərdir bu dəstək davam edir. Biznes sahiblərinin bu uzun müddətdə bankla əməkdaşlıqda loyal, etibarlı münasibətlərinin səbəbi nədir? Sahibkarlar uzunmüddətli maliyyə tərəfdaşı olaraq niyə “Unibank”ı seçirlər? Bu sualları biznes sahibləri cavablandırıb.
27 ildən artıq müddətdə “Unibank”ın müştərisi olan sahibkar Əlibala müəllim hesab edir ki, müştərini bankda saxlayan əsas amil hörmət, səmimi münasibət və qarşılıqlı etibardır: “Unibank bu gün həm bazarın ən yenilikçi banklarından biridir, həm də dəyərlərinə sadiqdir. 27 il əvvəl mən ilk dəfə banka kredit üçün müraciət etmişəm, bu gün isə “Unibank”dan sahibkara lazım olan bütün xidmətləri ala bilirəm. Banka getmədən bu qədər xidmət, məhsul ala bilmək iş adamına çox vaxt qazandırır. “Unibank”la aramızda hər zaman qarşılıqlı etibar olub və burda ən xoşuma gələn, müştəriyə dost kimi baxılmasıdır. Bu illər ərzində bankla aramızda yaranan münasibət işgüzar əməkdaşlıqdan çox etibarlı dost münasibətidir. Bankın dəstəyi sayəsində biz də ölkəmizin iqtisadiyyatına öz faydamızı veririk”.
Sahibkar Faiq müəllim 1998-ci ildən bankın müştərisidir. “Unibank”ın ən bəyəndiyi tərəfi hər zaman yeniliklərə açıq olmasıdır: “Unibank bu gün bazarın ən innovativ banklarından biridir. Bizim şirkət hesabımız da burdadır. “Unibank müştəri ilə daim ünsiyyətdə olur, kolektivi səmimidir, hər zaman müştərini dinləyir, anlayır və dəstək olurlar. Ona görə də bu işgüzar münasibətlər zamanla dostluğa çevrilir. Bu gün mən lazım olan bütün xidmətləri banka getmədən, elə işimin başında bankımdan ala bilirəm. Demək olar ki, əksər xidmətlərdən onlayn formada istifadə edə bilirəm”.
Sahibkar Mürvət müəllim 12 ildən çoxdur “Unibank”ın müştərisidir: “Unibank dayanıqlı maliyyə dəstəyi ilə Azərbaycanda aqrar sektorun, sənayenin inkişafna hər zaman xüsusi dəstəyini göstərib. Biz sahibkarlar olaraq bu dəstəyi hər zaman müşahidə etmişik. Bu 12 il ərzində mən banka nə vaxt müaraciət etmişəm, anında biznesimə dəstək göstərilib. Söhbət tək kredit müraciətindən getmir. Bank xidmətlərindən onlayn formada istifadə etmək, operativ xidmət, sərfəli əmək haqqı layihəsi bankın müştərisi olan sahibkarların işini xeyli asanlaşdırır. Bankın əməkdaşları hər zaman xoş münasibət, məsuliyyətli davranış və yüksək peşakarlıq göstərib. “Unibank”da müştəriyönümlülük, dostyana münasibət məni həmişə razı salıb. Arzu edirəm ki, Unibank ölkə bank sektorunda hər zaman layiqli yerini tutsun”.
Sahibkar Nizam müəllim də 13 ildir “Unibank”ın müştərisidir. Sahibkar bankı 24/7 bank adlandırır: “Bu uzun müddətdə “Unibank”la çox xoş bir əməkdaşlıq münasibətimiz, hətta deyərdim ki səmimi dostluğumuz yaranıb. Hər lazım olduğunda anında bankın dəstəyini hiss etmişəm. Ən əsası isə Unibank mənim 24/7 bankımdır. Həftənin hansı günündən, günün hansı vaxtından asılı olmayaraq, nə vaxt ehtiyac yaranarsa, bilirəm ki məsələ həllini tapacaq. Bankın əməkdaşlarından çox razıyam, hər zaman səmimiyyət və peşəkar münasibət görmüşəm. Əminliklə deyə bilərəm ki, bu illər ərzində biz “Unibank”la bir partnyor, maliyyə tərəfdaşı deyil, yaxın və etibarlı dost olmuşuq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
2 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
-
- 29 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun























