"Mən ən azı 18-24 ay Tesla səhmləri satmayacam"
Tesla-nın Baş icraçı direktoru İlon Mask cümə axşamı bildirib ki, təxminən iki il ərzində Tesla səhmlərini satmayacaq.Amerikalı iş adamı və milyarder İlon Mask (Elon Musk) bildirib ki,qurucusu olduğu Teslanın səhmlərini ən azı il yarım satmayacaq.
"Mən ən azı 18-24 ay Tesla səhmi satmayacağam. Mənə inana bilərsiniz - bəlkə də, 2025-ci ilə qədər birja satışı olmayacaq", - Twitter Spaces audio söhbətində danışan Mask bildirib.
Son vaxtlar Teslanın səhmlərinin qiyməti Maskın aldığı Twitter-ə daha çox diqqət yetirəcəyi qorxusundan aşağı düşüb. Xüsusilə, investorlar Maskın sosial şəbəkəni əldə etmək və maliyyə vəziyyətini sabitləşdirmək üçün Tesla-nın səhmlərini kütləvi şəkildə satdığını müşahidə ediblər.
Cümə axşamı Maskın açıqlamasından sonra Tesla-nın səhmlərinin qiyməti 3% artaraq 129,23 dollara çatıb.
Amerika şirkəti Tesla Motors 2003-cü ildə elektrik avtomobilləri və onlarla əlaqəli texnologiyaların tərtibatçısı və istehsalçısı kimi təsis edilmişdir. Qərargah Kaliforniyanın Palo Alto şəhərində yerləşir. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri də istehsal edir və onu Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.
Mask, iqtisadiyyatın 2023-cü ildə "ciddi tənəzzül" içində olacağını və "big-ticket" məhsullarına (avtomobil və ya mebel kimi alınması bahalı olan əşyalar) tələbatın daha az olacağını proqnozlaşdırdığını söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
-
8 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
19 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb














.jpg)






