“Unibank” səhmdarlarının ümumi yığıncağı qərarını açıqladı
“Unibank”ın İdarə Heyətinin sədri dəyişdi“Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub.
Marja.az xəbər verir ki, Bankın strukturunda və idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi barədə məsələnin müzakirəsi zamanı, səhmdarlar idarəetmə strukturunda dəyişikliklər edilməsi ilə bağlı bir sıra qərarlar qəbul ediblər.
Səhmdarların qərarına əsasən, Müşahidə Şurasının üzvü Kristof Gabriel Maetze missiyası bitdiyi üçün MŞ üzvü kimi fəaliyyətini dayandırıb.
İdarəetmə strukturundakı digər dəyişikliklərə əsasən, 1 yanvar 2023-cü il tarixdən etibarən Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov Müşahidə Şurası sədrinin müavini təyin olunub.
Hazırda İdarə Heyəti sədrinin 1-ci müavini, İcraçı direktor vəzifəsində olan Fərid Abuşov İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvü Heybət Qədirov isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Ümumi yığıncağın qərarı ilə Risklər üzrə Baş Direktor Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı təyin olunub.
Qeyd edək ki, Müşahidə Şurası sədrinin müavini təyin edilən Faiq Hüseynov Unibank yaranandan (2002-ci ildən) etibarən bankın İdarə Heyətinin sədri olub. Onun banka rəhbərlik etdiyi 20 il ərzində Unibank böyük nailiyyətlərə imza atıb. 1994-cü ildən başlayaraq bank sektorunda rəhbər vəzifələrdə çalışan Faiq Hüseynovun rəhbərliyi dövründə Unibank nüfuzlu beynəlxalq qurumlar tərəfindən 6 dəfə Azərbaycanda ilin ən yaxşı bankı nominasiyalarının qalibi olub. Bu dövrlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilk dəfə “Unibank”ın nümunəsində bir Azərbaycan bankının səhmdarları sırasına daxil olub. Bu illər ərzində Unibank Azərbaycanın ən aktiv kredit təşkilatı kimi real sektorun inkişafına, iqtisadiyyatın maliyyələşdirilməsinə böyük dəstək göstərib. Bank rəhbərliyinin peşəkar idarəçiliyi və kollektivin əzmkarlığı sayəsində bu illər ərzində əsas maliyyə göstəricilərinə görə, Unibank hər zaman ilk sıralarda olub. Hazırda bankın aktivlərinin həcmi 1,3 milyard manatı ötüb. Məcmu kapitalın həcmi isə 122 milyon manatdan çoxdur. Ölkənin ən innovativ banklarından birinə çevrilən Unibank, ölkə bank bazarı üçün ilk olan “mobile-only” (filialsız bank) prinsipi ilə işləyən Leo rəqəmsal bankçılıq xidmətini də təqdim edib.
Unibank KB-nin İdarə Heyətinin yeni sədri Fərid Abuşov 15 ildən artıqdır ki, bank sektorunda çalışır. Bank rəhbərliyində uzunmüddətli təcrübəyə malik olan Fərid Abuşov, 2019-cu ilin iyun ayından Unibank komandasının üzvüdür. O, Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.
İdarəetmə sistemində edilən yeniliklər, yeni kadr təyinatları “Unibank”ın yaxın illərdə ölkə bank bazarında mövqeyini daha da gücləndirməklə yanaşı, daxili kadr potensialından bank rəhbərliyində daha səmərəli istifadə etmək məqsədlidir və eyni zamanda daxili kadrlara yüksək dəyərin göstəricisidir. Bankın korporativ idarəçiliyində yeni mərhələ olan bu addım, təcrübəli və peşəkar kadrların Müşahidə Şurasında təmsil olunması, Şura üzvlərinin bankın idarəçiliyində yaxından iştirakına şərait yaratmaq məqsədi daşıyır. Bankda uzun müddət çalışan peşəkar rəhbərlik heyətinin Müşahidə Şurasında təmsil olunması prosesi davam edəcək. Bu, həm də bankın İnsan Resursları Strategiyasına uyğun olaraq daxili kadrların inkişaf etdirilməsi və rəhbər vəzifələrin onlara həvalə edilməsi istiqamətində növbəti addımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
13 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
14 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
21 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb

























