Ronaldo 200 milyon avro qarşılığında Səudiyyə Ərəbistanının klubuna keçdiyini təkzib edir
Bundan əvvəl İspaniyanın "Marca" qəzeti və tanınmış insayder Nikolo Şira hücumçu ilə Səudiyyə Ərəbistanı klubu arasındakı müqavilə barədə məlumat vermişdi. Hücumçunun yanvarın 1-dən klubun futbolçusu olacağı iddia edilirdi. Ronaldo bu barədə xəbərlərin doğru olmadığını bildirib.Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalamayıb.
Marja.az RBC-ya istinadın xəbər verir ki, bu barədə futbolçu Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İsveçrə yığması ilə oyundan sonra "Record" nəşrinə bildirib .
"Xeyr, bu, doğru deyil", -hücumçu bildirib.
Daha əvvəl İspaniyanın "Marca" qəzeti və tanınmış insayder Nikolo Şira Ronaldonun "Əl-Nəsr"ə keçdiyini yazıb. Məlumata görə, hücumçu yanvarın 1-dən klub futbolçusu olmalı idi. İddialara görə, müqavilədə mövsüm başına 200 milyon avroya qədər qazanc və yüksək reklam gəlirləri nəzərdə tutulurdu.
Noyabrın 22-də “Mançester Yunayted” futbol klubu öz saytında Kriştianu Ronaldo ilə müqaviləni tərəflərin qarşılıqlı razılığı ilə ləğv etdiyini açıqlayıb.
Qəzet futbolçunun "Mançester Yunayted"lə müqaviləsini dayandırdıqdan sonra "Əl-Nəsr"in Ronaldoya təklif etdiyini yazıb. Qeyd edilib ki, 37 yaşlı hücumçu ilə müqavilənin müddəti 2,5 il, mövsüm üzrə məvacib 200 milyon avro məbləğində olacaq (2,5 ildə cəmi 500 milyon avro).
HƏMÇİNİN OXU: Ronaldonun 500 milyon avroya transfer olduğu bildirilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib





















