“Günay Sığorta”ya yeni sədr təyin edilib
"Günay Sığorta" şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, "Günay Bank"ın icraçı direktoru Hikmət Salmanov səhmdarların qərarı ilə sığorta şirkətinin idarə heyətinin sədri seçilib. O, noyabr ayının sonundan etibarən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, "Günay Sığorta"nın İdarə Heyətinin sədri Mahir Niftiyev avqustun 1-dən öz ərizəsi ilə şirkətdən ayrılmışdı. Bu müddətdə sığorta şirkətinin nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edirdi. Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58,31%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 41,15 %-lik səhmdarı), 33,27 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8,42 %-i isə "Günay Bank"a məxsusdur."Günay Sığorta" şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, "Günay Bank"ın icraçı direktoru Hikmət Salmanov səhmdarların qərarı ilə sığorta şirkətinin idarə heyətinin sədri seçilib. O, noyabr ayının sonundan etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, "Günay Sığorta"nın İdarə Heyətinin sədri Mahir Niftiyev avqustun 1-dən öz ərizəsi ilə şirkətdən ayrılmışdı. Bu müddətdə sığorta şirkətinin nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edirdi.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58,31%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 41,15 %-lik səhmdarı), 33,27 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8,42 %-i isə "Günay Bank"a məxsusdur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 17 d. əvvəl
- 19 d. əvvəl
- 23 d. əvvəl
-
34 d. əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
-
1 saat əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
1 saat əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
2 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
2 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
Ən çox oxunanlar
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi







.jpg)






.jpg)






