Plastik kart sahiblərinə şad xəbər!
Yüksək xidmət və müştəri məmnuniyyətini hədəf qoyan Expressbank həm də bank məhsulları və xidmətləri üzrə sərfəli tarifləri ilə seçilir.
Belə ki, artıq Expressbank-ın kartlarından digər valyuta ilə nağdlaşdırma,onlayn və POS-terminal vasitəsi ilə alış-veriş zamanı konvertasiya üzrə xidmət haqqı cəmi 1% təşkil edəcək. Debet kartlarından Expressbank bankomatlarında nağdlaşdırma zamanı isə heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir.
Amma bu da son deyil. Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Üstəlik ölkə üzrə 48 regionda quraşdırılmış ExpressPay ödəniş terminalı və ya Şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirə bilərsiniz.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN,VISA Electron/Maestro kartlarını 6 AZN, VISA Classic/MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə VISA Platinum/MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.azsaytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
20 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 20 saat əvvəl
-
22 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
22 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı




























