Sərt karantin rejiminə etirazlar fonunda Çin səhmləri və yuan ucuzlaşıb
Çininbir neçə böyük şəhərində hökumətin anti-COVID tədbirlərinə (sərt karantin rejiminə) qarşı etirazların başlaması və bunun iqtisadi vəziyyətə mənfi təsir edəcəyi barədə proqnozların artması nəticəsində, bazar ertəsi günü ölkənin fond bazarları və milli valyuta yuan iki həftədən çox müddətin minimuma enib.
Marja xəbər verir ki, keçən həftə Çinin qərbində baş verən ölümcül yanğından sonra əhalinin sıfır-COVID siyasətindən narazılığı pik həddinə çatdığı üçün Çin vətəndaşları həftə sonu Pekin və Şanxay da daxil olmaqla bir neçə şəhərdə polislə toqquşub.
Çinin "Shanghai Shenzhen CSI 300" indeksi 2,2%, "Shanghai Composite" indeksi isə 1,6% düşüb. Həmçinin satışlar Honq Konqa da sıçrayıb, "Hang Seng" indeksi 3,6% geriləyib.
Yuan 0,8% ucuzlaşaraq 7,2281 dollara, ofşor yuan isə 0,6% ucuzlaşaraq 7,2415 dollara düşüb. Həm valyutalar, həm də Çin indeksləri iki həftə ərzində ən zəif səviyyələrdə ticarət edilib.
Bu ayın əvvəlində Çinin sərt karantin rejimi siyasətini yumşaltacağına dair ümidlər var idi. Lakin Çin hökuməti əksinə - son həftələrdə karantin tədbirlərini gücləndirib, çünki ölkədə gündəlik yoluxma faktları artıb.
Yeni növ koronavirusa yoluxanların sayı digər ölkələrdə müşahidə olunan səviyyələrlə müqayisədə hələ də kiçik olsa da, Çin rəsmiləri peyvəndlərin qeyri-kafi sayda və səhiyyə infrastrukturunun olmaması səbəbindən sıfır-COVID siyasətinə sadiqliklərini təkrarlayıblar.
Ciddi karantin tədbirləri bu il Çinin iqtisadi artımına ciddi mənfi təsir edib, çünki ölkə artan yoluxmaların qarşısını almaq üçün bir neçə sənaye mərkəzini bağlayıb. Hökumət iqtisadi artımı dəstəkləmək üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirsə də, bu günə qədər iqtisadiyyata məhdud təsir göstərmişdir.
HƏMÇİNİN OXU: Çindəki iğtişaşlar bazarları sarsıtdığı üçün neft son 11 ayın minimum səviyyəsinə düşdü
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
20 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















