“Azəriqaz” loqotipini dəyişib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) yeni loqotipi yaradılıb.
İB-nin yaydığı məlumata görə, “Azəriqaz”ın loqotipi şirkətin əsas fəaliyyət istiqamətini – ölkənin təbii qazla təminatçısı olduğunu bildirən korporativ elementdir. Loqotipdə təqdim olunan element qaz plitəsində yanan alov dilini əks etdirir. Onun göy rəngdə olması çatdırılan məhsulun (təbii qazın) “mavi yanacaq” olduğunu, habelə, məhsulun saflığını, təmizliyini və yüksək keyfiyyətini bildirir. Seçilmiş əsas elementin alt hissəsində kiçik hərflərlə brendin adı təsvir olunub.
“Ölkə ərazisində təbii qazın paylanması və satışını həyata keçirən “Azəriqaz” İB müştərilərə xidmət səviyyəsini yüksəltmək, kommunikasiyanı səmərəliləşdirmək üçün əlaqə vasitələrini inkişaf etdirməkdə davam edir. “Azəriqaz” İB xüsusi ilə əhali kateqoriyasından olan müştərilərlə davamlı və çoxşaxəli məlumat mübadiləsinə olan ehtiyacını nəzərə alaraq, son illərdə özünə aid müxtəlif kommunikasiya vasitələrini tətbiq edib. “Azəriqaz”ın özünə aid kommunikasiya vasitələrindən istifadə etməsi sayəsində əhalidən gələn müraciətlər ünvanlı şəkildə daxil olur, buna görə də onların icrası qısa müddətdə aidiyyəti əməkdaşlara tapşırılır. Bununla da, daxil olan müraciətlərin daha operativ işlənilməsi, yaranan problemlərin daha tez həll edilməsi üçün şərait yaradılıb”, - deyə qurumdan bildirilib.
Qeyd edilib ki, “ASAN Xidmət” mərkəzlərində müştərilərinə 17 növdə xidmət göstərən İB, bu ildən etibarən “ASAN Kommunal” mərkəzlərində də fəaliyyətə başlayıb. Yalnız “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinin vasitəsi ilə, cari ilin ilk yarısında, ümumilikdə, 57 883 müştəri “Azəriqaz” İB-nin xidmətlərindən faydalanıb. Bununla yanaşı, müştərilərlə əlaqələrin gücləndirilməsi, onlara məlumatların operativ çatdırılması məqsədilə www.azeriqaz.az saytı, eyni zamanda, Birliyin Facebook səhifəsi də fəaliyyətini davam etdirir.
Beləliklə, "Azəriqaz" İB-nin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranıb.
Bildirilib ki, “Azəriqaz”ın kommunikasiyasını fərqləndirəcək loqotipin yaradılması da daxil olmaqla, korporativ üslubun tərtib olunması bu istiqamətdə atılan ilk addımlardandır. Qeyd edilib ki, vahid korporativ üslub “Azəriqaz”ın hazırkı mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq.
“Müştəri məmnuniyyətini daim ön planda tutan "Azəriqaz" istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abonentlərin fasiləsiz, keyfiyyətli təbii qazla təmin olunmaları məqsədilə bundan sonra da müştərilərlə əlaqə vasitələrini inkişaf etdirməyə davam edəcək”, - deyə məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
15 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
18 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
19 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)





