"Azərbaycanda açıq bankçılıq modelinin tətbiqi müxtəlif xidmət haqlarını azaldacaq"
Azərbaycanda açıq bankçılıq modelinin tətbiqi müştərilər üçün maliyyə məhsullarının və xidmətlərinin əlçatanlığının artırılması ilə yanaşı müxtəlif xidmət haqlarının azaldılmasına səbəb olacaq.
Bunu Azərbaycan Mərkəzi Bankınin İnformasiya texnologiyaları departamentinin layihə rəhbəri Sahib Həsənov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, AMB-nin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
“Açıq bankçılıq üçüncü tərəflərlə inteqrasiya xərclərinin azaldılması, rəqəmsal maliyyə sisteminin yaradılması və inkişaf olunması, yeni məlumat kanallarının yaranması, həmçinin, texnoloji cəhətdən inkişaf etmiş şirkətlərlə əməkdaşlıq kimi faydaları olacaq. Beləliklə şəxsi məlumatların və maliyyə məhsullarının idarəetmə imkanları genişlənəcək, bütün maliyyə məlumatlarının "bir pəncərə" rejimində idarə olunması imkanı yaranacaq”, - S. Həsənov deyib.
Onun sözlərinə görə, açıq bankçılıqla bağlı müxtəlif ölkələrin fərqli yanaşmaları var və onlar requlativ və sektor tərəfindən tətbiq yanaşması kimi iki kateqoriyaya bölünür:
“Requlativ yanaşma zamanı, requlyator API standartlarını müəyyənləşdirir, tətbiqetmə planlarını hazırlayır və banklar qarşısında API tətbiqin tələbləri qoyulur. Sektor tərəfindən tətbiq yanaşmasında həm requlyator, həm də banklar özü API standartlarını hazırlamalı və bu halda API-ların tətbiqi məcburi xarakter daşımır. Keçirilən sorğular və beynəlxalq praktikanı nəzərə alaraq Azərbaycanda requrativ yanaşmasını tətbiq ediləcəyi qərara alınıb”.
S. Həsənov bildirib ki, beynəlxalq praktikada müxtəlif API standartları mövcuddur: "Artıq 60-dan çox ölkədə API standartları tətbiq olunur. Burada standartlar həm dövlət qurumları tərəfindən, həm də, müxtəlif banklar tərəfindən tətbiq oluna bilər. Hazırda ən populyar standart “Berlin group” təşkilatı tərəfindən hazırlanan “Nextgenpsd” standartıdır. Bu standart bütün Avropa səviyyəsində istifadə olunur”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)





.jpg)





