Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İsrail Prezidenti Əliyevə zəng edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsrail Prezidenti Əliyevə zəng edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və qeyd edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.

Prezident İlham Əliyev telefon zənginə görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa minnətdarlığını bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir.

Telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

22.11.2022 19:34

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18