Neft gecə kəskin ucuzlaşıb
Qlobal bazarda neft təklifinin neft tələbini üstələcəyi barədə proqnozlar və Çində koronavirus məhdudiyyətlərinə görə neft ucuzlaşıb.Dünya bazarında neftin qiyməti aşağı düşür, ticarət zamanı Brent neftinin qiyməti sentyabrın 28-dən bəri ilk dəfə bir barel üçün 86 dollardan aşağı düşüb,
Marja.az xəbər verir ki, Brent neftinin qiyməti 85.80 dolları gördükdən sonra 87,62 dollarda bağlanıb. Ötən gün Brent nefti təxminən 5% ucuzlaşıb.
ABŞ xam nefti ( WTI) isə təxəminə 6% ucuzlaşıb. WTI-ın qiyməti 77,24 dolları gördükdən sonra 80,20 dollarda bağlanıb.
OPEC-in rəhbəri Heysəm əl-Qais, təşkilatın 2022-ci ilin dördüncü rübündə və 2023-cü ilin əvvəlində neft bazarında profisit gözlədiyini açıqlamışdır. Bundan əlavə, Bloomberg xəbər verib ki, ABŞ neft fyuçers bazarında son bir il ərzində ilk dəfə artıq təklif var. Belə bir şəraitdə neftin qiyməti aşağı düşür.
Bundan əlavə, investorlar Çində davam edən koronavirus məhdudiyyətlərinə diqqət yetirirlər. Bu yaxınlarda bəzi karantin məhdudiyyətlərinin yumşaldılmasına baxmayaraq, Çin koronavirusa qarşı sərt siyasətinə riayət etməyə davam edir. Koronavirusla bağlı sərt məhdudiyyətlər Çin iqtisadiyyatına mənfi təsir göstərir ki, bu da “qara qızıl”a tələbat üçün risk yaradır və xammal qiymətlərinin aşağı düşməsinə səbəb olur.
Bundan əlavə, cümə günü Amerikanın neft-mədən xidmətləri şirkəti Baker Hughes-un ABŞ-dakı aktiv neft buruqlarının sayı ilə bağlı məlumatları dərc edilib. Noyabrın 18-dək olan həftə ərzində onların sayı 1 buruq artaraq 623-ə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
7 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 59 d. əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU






.jpg)






.jpg)





