Motosiklet və moped həvəskarlarına xoş xəbər - yeni “showroom” fəaliyyətə başladı
10-dan çox dünya brendinin müxtəlif motosiklet, moped, skuter və velosiped modellərini burada tapa bilərsiniz.Artıq Bakıda motosiklet və moped həvəskarları üçün yeni “showroom” fəaliyyətə başlayıb. "Motoverse" adı altında fəaliyyətə başlayan mağazanın açılışı ötən həftə baş tutub.
Baku Electronics tərəfindən istifadəyə verilən yeni Motoverse-də motosiklet, skuter və moped həvəskarları üçün bir çox tanınmış brendlərə məxsus model və aksesuar sizi gözləyir.
Motoverse – həyatın kefini sür
Xatırladaq ki, mağazanın təntənəli açılış mərasimində şirkət rəsmiləri, partnyorlar və xüsusi qonaqlar iştirak edib.
Qapalı açılış tədbirinə moto həvəskarları qoşularaq maraqlı motoşou ilə tədbiri daha da yaddaqalan ediblər. Bundan əlavə açılıda əyləncəli konsert proqramı, DJ, müsabiqələr və maraqlı lazer şou da göstərilmişdir.
Motoverse nədir?
Motoverse həyəcan və smart həyat sevənlər üçün xüsusi bir məkandır. “Baku Electronics”ə məxsus olan Motoverse əsasən 3 istiqamət üzrə fəaliyyət göstərir:
1) Satış
2) Təlim mərkəzi
3) Servis mərkəzi
10-dan çox dünya brendinin müxtəlif motosiklet, moped, skuter və velosiped modellərini burada tapa bilərsiniz. Doğan Trend vasitəsilə Vespa, Aprilia, Motoguzzi brendlərinin, Kuralkan vasitəsilə isə Bajaj və Kanuni brendlərinin rəsmi ditribüterliyini edir.
Bundan əlavə olaraq, müxtəlif kaska və geyim aksesuarları da satışdadır.
Qeyd edək ki, “Motoverse”də həm də Təlim mərkəzi var.
Mərkəzə gələrək siz motosiklet və moped sürmə ilə bağlı təlimlər, məşqlər keçərək qısa müddətdə tam sərbəst olaraq 2 təkərli nəqliyyat vasitələrini idarə edə bilərsiniz. Təlim dərsləri sırf peşəkar təlimçilər tərəfindən keçirilir.
“Motoverse”də həmçinin servis mərkəzi də fəaliyyət göstərir.
Buraya təmirə ehtiyacı olan motosiklet, moped, skuter və velosipedlərinizi gətirərək tez bir müddətdə problemsiz formada təhvil ala bilərsiniz.
“Motoverse”ün 1000 m²-dən böyük, xüsusi zövqlə bəzədilmiş “showroom”-u məhz motosiklet, skuter və moped həvəskarları üçün hazırlanıb. Xüsusi dizayn elementləri və istirahət zonası ilə Motoverse Qafqazın ən böyük motosiklet “showroom”larından biri hesab edilir.
Eyni zamanda xüsusi nəqliyyat vasitələri sevənlərə daha bir yenilik gözləyir. Belə ki, yuxarıdakı nəqliyyat vsaitələrindən istifadə edənlər üçün xüsusi geyim və aksesuarlar təklif edən LS2, SHIMA, Vexo, Prohel, MT Helmets və s. brendləri də “Motoverse”də sərgilənməkdədir.
Yeniliklər bununla bitmir!
Arzuladığınız motosiklet, moped, velosiped və ya skuteri almaq daha asan olacaq! Çünki nağd alışda xüsusi endirimlər mövcuddur.
"Nağd yox, kreditlə almaq istəyirəm" deyənlərə isə, Vespa modellərini 12 ay, Kanuni modellərini 6 ay, bütün geyim aksesuarlarını isə 15 ay ilkin ödənişsiz və faizsiz hissəli ödənişlə əldə etmək imkanı təklif edilir.
Motosiklet alanlara isə KASKA hədiyyə olunur.
Və nəhayət, kreditlə alışlarda isə indi al, 3 ay sonra ödə kampaniyası motosevərləri gözləyor.
Bir sözlə,Motoverse hamı həyatın kefini sürsün deyə əlindən gələni edir.
Ünvan: Babək Prospekti 61 C.
Facebook - https://www.facebook.com/motoverse.az/
Instagram - https://www.instagram.com/motoverse.az/
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
24 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
57 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 10 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























