“Azəralüminium” üçün çətinliklər yaranıb, bank kreditindən istifadə edə bilər
Dünya birjalarındakı kəskin volatillik “Azəralüminium” üçün uzunmüddətli planların qurulmasında çətinliklər yaradıb. Birja qiymətlərinin aşağı proqnozlaşdırıldığı aylarda satış həcminin minimuma endirilməsi, bu səbəbdən dövriyyə vəsaitinə yarana biləcək tələblərin bank krediti xəttindən istifadə yolu ilə qarşılanması planlaşdırılır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru cənab Kamran Nəbizadənin sədrliyi ilə 11 noyabr 2022-ci il tarixində “Azəralüminium” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
ASC-nin yaydığı məlumatda bildirilir ki, iclasda 2022-ci ilin son proqnozu və 2023-cü ilin büdcə layihəsi Müşahidə Şurası üzvlərinə təqdim edilib.
Qeyd edilib ki, oktyabr-noyabr ayları ərzində büdcə layihəsi Korporasiyanın mərkəzi aparatı və törəmə müəssisənin rəhbər heyəti ilə birgə müzakirə edilərək, lazımi tövsiyə və tapşırıqlar nəzərə alınmaqla hazırlanıb.
"Son illərdə COVİD-19 pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərərlərin ardınca 2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı, qlobal alüminium sənayesində azalmaqda davam edən iqtisadi fəallıq, ənənəvi loqistik marşrutlardakı problemlər və digər bu kimi səbəblərdən bir sıra ciddi risklər yaranmış və dünya iqtisadiyyatı staqflyasiya təhlükəsi ilə üz-üzə qalmışdır. Dünya birjalarındakı kəskin volatillik uzunmüddətli planların qurulmasında çətinliklər yaratmışdır. Büdcə layihəsi hazırlanarkən yuxarıda qeyd edilmiş amillər nəzərə alınmış, riskli sayılan satış bazarları və loqistika marşrutları üzrə mümkün olan diversifikasiya və optimallaşdırma tədbirləri nəzərdə tutulmuşdur. Birja qiymətlərinin aşağı proqnozlaşdırıldığı aylarda satış həcminin minimuma endirilməsinə qərar verilmiş, bu səbəbdən dövriyyə vəsaitinə yarana biləcək tələblərin bank krediti xəttindən istifadə yolu ilə qarşılanması planlaşdırılmışdır. İstehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə xammal və materialların satınalınmasını ənənəvi qrafiklər ilə deyil, yuxarıda qeyd edilən risklər nəzərə alınaraq daha uyğun qrafiklər üzrə həyata keçirilməsi planı tərtib edilmişdir. Beləliklə, bir sıra beynəlxalq nüfuzlu təşkilatların proqnozlarına istinad edilərək “Azəralüminium” MMC-nin büdcə layihəsi baza, pessimist və optimist ssenarilər üzrə hazırlanaraq müəssisənin Müşahidə Şurasına təqdim edilmişdir",- məlumatda bildirilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
10 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
11 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
12 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
12 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
13 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
