PAŞA Sığorta Fransada Qarabağı tərənnüm edən beynəlxalq layihəyə dəstək oldu! - FOTO

(®) PAŞA Sığorta “Şuşa İli” çərçivəsində Qarabağ mədəniyyətini, milli geyimlərini, mədəni irsini Avropaya tanıdan “Qarabağ incilərinin Avropa sədası” layihəsinə dəstəkçi olub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində Fransanın paytaxtı Parisdə növbəti görüşlər baş tutub.
2-3 noyabr tarixlərində baş tutan görüşlərdə deputat Andre Vilye, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, "Feminin Pluriel Global" prezidenti Alexandra Origet , Azərbaycanın Dostları Assosiyasiyasının prezidenti, sabiq deputat Jerom Lamber ilə yanaşı PAŞA Sığorta ASC-nin İdarə heyətinin sədri Ülviyyə Cabbarova və şirkətin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Məruz Əzməmmədova da iştirak edib.
Layihənin tərkib hissəsindən biri olaraq 4 noyabr 2022-ci il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində yerləşən Paris-Azərbaycan Evində “Qarabağ incilərinin Avropa sədası” adlı dəb sərgisi baş tutub.
Dəb sərgisinin açılışında çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında ətraflı məlumat verib.
Tədbirin açılışında çıxış edən Ülviyyə Cabbarova deyib: “Sizinlə burada görüşməkdən, ölkəmizi, Qarabağımızı təmsil etməkdən fərəh hissi keçirdiyimi bildirmək istəyirəm. Bilirsiniz ki, Qarabağın hər bir azərbaycanlının könlündə xüsusi bir yeri var. Bu gün isə Fransada, modanın, dəbin mərkəzində Qarabağ incilərinin Avropa Sədası adlı sərginin təşkil olunmasında dəstəkçi olmaq bizim üçün olduqca xoşdur, eyni zamanda qürurvericidir.”
Qarabağda yaşamın dirçəlməsinə hər zaman öz dəstəyini göstərən “PAŞA Sığorta” doğma irsimizin, mədəniyyətimizin Avropada tanıdılmasına da öz töhfəsini verib.
Həyata keçirilən sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərlərini özündə təcəssüm etdirən Qarabağ kolleksiyasına aid hazırlanmış 16 geyim, eyni zamanda, hər bir geyimə uyğun çarıq, çanta, sırğa və s. aksesuarlar nümayiş olunub.
Nümayiş olunan geyimlərin hər biri Qarabağın bir guşəsinin – Şuşa, Qarabağ, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Layihənin son mərhələsində isə bu geyimlər Şuşada sərgilənəcək.
Layihənin tərkib hissəsi olaraq baş tutan digər görüşlərdə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.Görüşlər zamanı rəsmilərə Azərbaycanə təmsil edən dəyərli hədiyyələr də təqdim edilib.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
-
20 d. əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
34 d. əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 42 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib
Ən çox oxunanlar

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

AYNA-ya yeni vəzifə həvalə edildi

“Azerfon”un baş icraçı direktoru vəzifəsindən ayrılıb

“AzerGold" şirkətinin ixracdan gəlirləri 2 dəfə artıb

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!
