Unibankın sədri: "Leobank kartlarının 80%-i gündəlik aktiv kartlardır"
"Azərbaycanda ilk dəfə olaraq "mobile-only" (filialsız bank) prinsipinə uyğun olaraq istifadəyə verilən Leobank da müştərilərin istəklərinə, tələblərinə, onların rahatlığına, müştəriyə seçim imkanı yaratmağa yönəlmiş bir layihədir".
Marja xəbər verir ki, bunu Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.
Faiq Hüseynov, "Leobank-a olan yüksək maraq, çox qısa müddətdə yüzminlərlə müştərinin seçiminə çevrilməsi, layihənin nə qədər müştəriyönümlü olduğunun göstəricisidir" deyərək əlavə edib:
"Biz bu bir il ərzində müşahidə etdik ki, müştəri üçün məsafəli bank xidmətlərinin əlçatanlığını təmin edən Leobank mobil bankçılıq xidməti ölkə əhalisinin maliyyə xidmətlərinə marağının əhəmiyyətli dərəcədə artırılmasına xidmət edib. Bu gün Leobank kartlarının 80%-nin gündəlik aktiv kartlar olması da, layihənin müştəriyönümlülüyündən xəbər verir".
Faiq Hüseynov qeyd edib ki, Unibank müştərilərin istəyinə uyğun olaraq xidmət və məhsulların ən yaxşısını etmək üçün son iki ildə böyük sərmayəli layihələr həyata keçirir və bu proses davam edir:
"Bu layihələrin bəzilərinin nəticəsini müştəri indi hiss edir, bəziləri isə yaxın gələcəkdə xidmət və məhsullarımızda hiss olunacaq. UCard, Leobank, UPoint -yeni filial modeli, davamlı təkmilləşdirilən mobil tətbiqlər, xüsusi İT infrastruktur, daxili prosessinq mərkəzi bu layihələrin yalnız bir hissəsidir. Bütün bu layihələr müştəriləri daha yüksək bank xidmət və məhsulları ilə təmin etmək üçündür".
HƏMÇİNİN OXU: "Ən yaxşısını etmək üçün böyük sərmayəli layihələr həyata keçiririk"- UNİBANKIN SƏDRİ İLƏ MÜSAHİBƏ
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
8 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
















