S&P Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
“S&P Global” Beynəlxalq Reytinq Agentliyi 2022-ci ildə Azərbaycanın ÜDM artımının 4% səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə reytinq agentliyinin "2022-ci ilin 4-cü rübü üçün EMEA regionunda maliyyə institutlarının monitorinqi: Yeni sarsıntılar yeni çətinliklər gətirir" başlıqlı hesabatında deyilir.
S&P iyul ayı proqnozunda Azərbaycanda 2022-ci il üzrə iqtisadi artımın 3,5% səviyyəsində olacağını pronozlaşdırırdı ki, bu da əsasən qaz hasilatının artımını, qeyri-neft sektorunda canlanmanı və neft hasilatının cüzi azalmasını əks etdirir: "2023-2025-ci illər arasında orta artımın 1%-dən bir qədər çox olacağını gözləyirik, belə ki, yeni qaz ixracı imkanları neft sektorunda tədricən azalmanı qismən kompensasiya edir”.
Bununla belə, yenilənmiş proqnozda 2023 və 2024-cü illərdə ÜDM-in artım tempi 1,5%, 2025-ci ildə isə 1% səviyyəsində müəyyən edilib.
Hesabata görə, Azərbaycan, Qazaxıstan və Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasına üzv neft hasil edən inkişaf etməkdə olan bazarlar enerji qiymətlərinin mövcud dinamikasından faydalana bilər.
“Maliyyələşdirmə şərtlərinin sərtləşdirilməsi, Çində artımın zəifləməsi, Avropada iqtisadi perspektivlərin pisləşməsi və ABŞ-da gözləniləndən daha dərin resessiya EMEA regionunun inkişaf etməkdə olan bazarlarını çətin dövrlərin gözlədiyinə işarə edir.
Artan inflyasiya və beynəlxalq borclanmanın dəyərinin artması Türkiyə kimi xarici maliyyələşdirmədən asılı olan bazarların həssaslığını artıracaq”, - hesabatda deyilir.
Eyni zamanda, S&P hesab edir ki, iri xammal ixracatçıları, xüsusən də neft-qaz sektorundan əhəmiyyətli gəlir əldə edən ölkələr cari qiymət tendensiyalarından faydalana bilər.
“Eyni şəkildə, Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra bəzi qonşu ölkələrin insan və kapital axınından və regionda ticarət axınının yönləndirilməsindən faydalandığını müşahidə etdik. Bu, münaqişə ilə bağlı narahatlıqlar və Rusiyaya tətbiq edilən sanksiyalar, eləcə də bir çox müəssisələrin münaqişənin əvvəlindən Rusiyanı tərk etmək qərarına gəlməsi səbəbindən baş verib”, - agentliyin analitikləri hesab edirlər.
S&P yaxın 1-2 il ərzində Avropada makroiqtisadi vəziyyətin daha da çətinləşəcəyini proqnozlaşdırır.
"Davam edən enerji qiymətləri böhranını nəzərə alaraq, biz azalma risklərinin artacağını gözləyirik. Rusiya Ukrayna ilə hərbi münaqişədə irəliləyişin olmamasını əsas enerji təchizatçısı kimi mövqeyini gücləndirməklə kompensasiya edir ki, bu da Avropada inflyasiyaya təkan verir. Hökumətlər artan inflyasiya təzyiqlərini nəzərə almaqla istehlakçılara və bizneslərə dəstək tələbləri ilə üzləşir. Maliyyələşdirmə şərtlərinin sərtləşdirilməsi daha həssas iqtisadiyyatları və zəif oyunçuları sarsıdaraq problemi daha da gücləndirə bilər. Artan inflyasiyanın və aşağı iqtisadi artımın uzun müddət davam etməsi maliyyə institutları üçün riskləri artıracaq", - hesabatda deyilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























