Şuşanın mədəni irsi Azercell-in rəqəmsal təqdimatında
Lider mobil operator növbəti dəfə Azərbaycan ədəbiyyatının incilərini elektron kitabın müxtəlif formalarında dünyaya çatdırır(®) “Azercell Telekom” mədəni irsimizi dünyaya tanıdıb onu müxtəlif dillərdə əlçatan etmək ənənəsinə sadiq qalaraq Qarabağ ədiblərinin əsərləri əsasında audiovizual məzmunlar hazırlanmasını nəzərdə tutan yeni sosial layihə həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Azercell Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında Azərbaycan, Türk, İngilis, Rus və Fransız dillərində hazırlayaraq həm yerli, həm də beynəlxalq içtimaiyyətə təqdim edəcək.
Audiokitablarla yanaşı, Azercell tərəfindən ilk dəfə audio-pyes rəfi yaradılacaq ki, bu da Nəcəf bəy Vəzirovun “Еv tərbiyəsinin bir şəkli” əsərinin çoxsəsli audiopyes formasında Azərbaycan dilində səhnələşdirilməsi təşəbbüsündən ibarət olacaq. Bundan əlavə, Şuşada yazıb-yaratmış müəlliflər və tarixi şəxsiyyətlər barədə məlumatlar da geniş auditoriya üçün podkastlar, komiks və animasiyalar formatında müxtəlif dillərdə təqdim ediləcək.
Əsrlər boyu Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov və digər yazıçı və mütəfəkkirlərimiz Şuşa ədəbi mühitində göz açaraq püxtələşmişlər. Şuşa ədiblərinə həsr olunmuş bu layihənin tam təqdimatı dekabr ayı üçün nəzərdə tutulur.
Xatırladaq ki, milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə “Azercell Telekom” bundan öncəki illərdə İmadəddin Nəsiminin seçmə qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox seçilmiş əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq oxuculara çatdırmışdı.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 22 d. sonra
-
- 12 d. əvvəl
-
16 d. əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
11 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
Ən çox oxunanlar
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb





















