VTB (Azərbaycan) milli basketbol liqasının rəsmi tərəfdaşı oldu
VTB (Azərbaycan) və Basketbol federasiyası əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Müqaviləyə əsasən Bank Azərbaycan basketbol liqasının rəsmi tərəfdaşı olub. Tərəfdaşlıq bir il müddətinə nəzərdə tutulub.
“VTB üçün idmana və bədən tərbiyəsinə dəstək respublika ərazisində gördüyümüz işin mühüm hissəsidir. Biz sağlam həyat tərzini təbliğ etməyə çalışırıq və mühüm dövlət layihələrinin inkişafında iştirak etməkdən məmnunuq. Azərbaycanda bu, artıq bizim üçün yaxşı ənənəyə çevrilib - uşaq futbolu, qaçış, səmti müəyyən etmə və digər idman növləri üzrə yarışlara sponsorluq edirik. Bu təcrübə əməkdaşlarımızın da “formada qalması” üçün yaxşı stimuldur. Biz milli basketbol liqasında rəqabətin artmasına, idmançıların və klubların səviyyəsinin ümumi artımına və getdikcə daha çox həvəskar və peşəkarların, xüsusən də gənclərin basketbola cəlb olunmasına töhfə verməkdən məmnunuq”, - deyə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri İqor Okaev deyib.
VTB (Azərbaycan) sosial məsuliyyətli bank kimi müxtəlif idman tədbirlərinə sponsorluq etməklə Azərbaycan idmanını fəal şəkildə dəstəkləyir. Bu il VTB “Qızıl Payız” və “Qaçan Flaminqo” cığır qaçışı üzrə yarışlarını, səmti müəyyən etmə üzrə turnirini və dağ idman klubunun açıq çempionatını maliyyələşdirib. Bank həmçinin uşaq futbolu yarışlarını dəstəkləyir, xüsusən də bu yay 11 yaşadək uşaqlar arasında “VTB Azərbaycan Kuboku” futbol turnirini təşkil etmişdir
Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası 1992-ci ildə yaradılıb. 1994-cü ildə Beynəlxalq Basketbol Federasiyasının tamhüquqlu üzvü oldu. 2006-cı ildə Azərbaycanın kişilərdən ibarət komandası Albaniyada keçirilən FİBA Avropa İnkişaf Kubokunda iştirak edərək birinci yeri qazanıb. Hazırda Azərbaycan Basketbol Liqasında 8 komanda təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)






