Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Regionlarla müqayisədə Bakıda kənd təsərrüfatı məhsulları 5 dəfə bahadır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Regionlarla müqayisədə Bakıda kənd təsərrüfatı məhsulları 5 dəfə bahadır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bu gün kənd təsərrüfatı məhsullarının qiymətləri artmaqdadır. İnhisarçılıq öz sözünü deyir”.

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Tahir Rzayev deyib ki, regionlarla müqayisədə Bakıda kənd təsərrüfatı məhsullarının qiyməti 5 dəfə yuxarıdır: “Maliyyə orqanları bu sahədə fikirləşməlidir, çünki qiymətlərin bahalaşması həm sahibkarlara ziyandır, həm də insanların rifahını aşağı salır”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, bir sıra yem məhsullarının qiyməti bahalaşıb:

“Nə südün, nə ətin fermerdən alınan qiyməti isə artırılmayıb. Örüş yerlərini ya əkin yeri, ya da yaşayış yeri etdilər. Örüş yerlərinin uzaq olması da fermerlərin digər problemidir. İşğaldan azad edilmiş yerlərdə örüş yerləri olsa da, minalar problemi işləri yubadır. Hesab edirəm ki, fermerlərə verilən subsidiyaların məbləği artırılmalı, kredit çox aşağı faizlə, hətta faizsiz verilməlidir. Bununla da onlara dəstək olmaq lazımdır”.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

APA

04.11.2022 16:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18