"Embafinans" kreditləşməni artırıb – TƏŞKİLATIN MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
"Embafinans" 2022-ci ilin 9 ayı üzrə maliyə göstəricilərini açıqlayıb.Bank Olmayan Kredit Təşkilatı "Embafinans" QSC 2022-ci lin 9 ayını (yanvar-sentyabr) 2 milyon 709 min manat xalis mənfəət ilə başa vurub."Embafinans"ın xalis mənfəəti 2022-ci lin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 7% artıb. Kredit təşkilatı ötən ilin yanvar-sentyabr dövrünü 2 milyon 529 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Embafinans"ın faiz gəlirləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 10% artaraq 6 milyon 372 min manat, haqq və komissiya gəlirləri isə 4% azalaraq 1 milyon 312 min manat təşkil edib.
"Embafinans"ın faiz xərcləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 6% artaraq 1 milyon 402 min manat, haqq və komissiya xərcləri 35% artaraq 484 min manat, inzibati və digər əməliyyat xərcləri 4% artaraq 2 milyon 412 min manat təşkil edib.
Beləliklə, Təşkilatın gəlirlərinin 509 min manat artmasına qarşılıq xərcləri 285 min manat artıb. Nəticədə, vergidən əvvəlki mənfəətdə 224 min manat artım yaranıb.
"Embafinans"ın cəmi aktivləri 2022-ci ilin 9 ayında 2021-ci ilin eyni dövrü müqayisədə 5% artaraq 41 milyon 657 min manata yüksəlib.
"Embafinans"ın kredit portfeli (müştərilərdəki cəmi kreditlər) 2022-ci ilin 9 ayında 2021-ci ilin eyni dövrü müqayisədə 24% artaraq 37 milyon 627 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "Embafinans" 15 milyon 762 min manat məcmu kapitala malik olub. Təşkilat 30 Sentyabr 2021-ci il tarixində 16 milyon 783 min manat məcmu kapitala malik idi.
BOKT "Embafinans" QSC sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşdirmə zamanı ilə istehlak və biznes kreditləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 d. əvvəl
-
21 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 30 d. əvvəl
-
48 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
56 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























