“Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Statistika Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vəkillər Kollegiyası, həmçinin işçi qrupa daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. İclasda Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Әlverişli biznes mühiti” layihəsi barədə danışıb, bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə söykəndiyini diqqətə çatdırıb. Bildirilib ki, “Әlverişli biznes mühiti” layihəsi biznes mühitinin əlverişliliyini 3 mərhələdən ibarət olmaqla 10 indikator əsasında qiymətləndirəcək. Bu meyarlardan biri də “Biznesə daxilolma” indikatorudur ki, işçi qrup tərəfindən konsepsiya komponentləri əsasında sahənin ilkin qiymətləndirməsi, təhlili və diaqnostikası aparılıb, Yol Xəritəsi və diaqnostika matrisası tərtib edilib.
Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva iclas iştirakçılarına “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi, onun alt indikatorları və komponentləri barədə ümumi məlumat verib, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində aparılan islahatlar barədə danışıb. Qeyd edilib ki, «Bir prosedurla qeydiyyat» layihəsi Korporativ Qeydiyyatçılar Forumunun İcraiyyə Komitəsi tərəfindən xüsusi mükafata da layiq görülüb.
S.Musayeva Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin təqdimatını edib və qarşıda duran vəzifələr barədə danışıb. 2022-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verən DVX-nin rəis müavini müvafiq sahədə təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün diaqnostika matrisasının hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, matrisa çərçivəsində daha geniş sahənin qiymətləndirilməsi həyata keçiriləcək. Əgər əvvəllər diqqət daha çox yerli investisiyalı müəssisələrin qeydiyyat prosedurlarının sadələşməsinə yönəlmişdisə, bu dəfə tədbirlərin əhatə dairəsi biznesə daxilolmanın beynəlxalq aspektlərinin nəzərə alınması, yerli və xarici özəl şirkətlərin ölkə daxilində qeydiyyatdan keçirilməsi, həmçinin «Start-up»lar üçün rəqəmsal dövlət xidmətlərinin mövcudluğu və məlumatların şəffaflığının qiymətləndirilməsi ilə bağlıdır. S.Musayeva qarşıdakı dövrdə biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdiriləcəyini vurğulayıb.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə xarici rəsmi sənədlərin dövriyyəsinin sadələşdirilməsi və xarici mənşəli sənədlərin autentifikasiyası üzrə tədbirlərin icrası ilə bağlı məsələləri şərh edib.
Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində aparılan islahatlara toxunub, Yol Xəritəsi çərçivəsində ölkəmizdə bu sahədə təkmilləşdirmə prosesinin davam edəcəyini gözlədiklərini bildirib.
“KPMG Azerbaijan Limited” şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev birbaşa xarici investisiyaların cəlb edilməsində əlverişli biznes mühitinin rolu barədə danışıb, Yol Xəritəsi üzrə inkişaf və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində konsaltinq şirkətlərinin rolunu vurğulayıb, işçi qrupun bu sahədə effektiv platforma olacağına əminliyini ifadə edib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarəedici direktoru Zibər Hüseynova Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi zamanı dövlət-biznes dialoqu platforması vasitəsilə təkliflərin əldə olunmasının əhəmiyyətini qeyd edib, yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
DVX-nin rəis müavini Samirə Musayeva işçi qrupun özəl sektor, ictimai birliklər və konsaltinq şirkətləri tərəfindən təqdim ediləcək bütün təkliflərin müzakirəsi üçün səmərəli platforma olduğunu bildirib.
Qeyd edək ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesə daxilolma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsi Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
16 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul













.jpg)








.jpg)

