"Şəhərlərarası sərnişin daşınması az qazanc gətirir, avtobusları yeniləməkdə çətinlik çəkirik"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib.
Nazirliyin yaydığı məlumata görə, görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqlar, daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə olunub.
Daşıyıcılar daha çox qeyri-qanuni sərnişin daşımalarından, bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasının az rentabelli olmasından narazılıqlarını ifadə ediblər. Onlar, həmçinin istifadədə olan nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkdiklərini bildiriblər.
Görüşdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz sərnişindaşımanın aradan qaldırılması ilə bağlı addımların tədricən səmərə verdiyi vurğulanıb. Rayon avtovağzallarının fəaliyyəti və bilet satışındakı problemlər diqqətə çatdırılıb.
Görüşdə sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da qeyd edilib.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev avtobus parkının vəziyyəti və yenilənməsi istiqamətində görüləcək işlər barədə məlumat verib. Həmçinin şəhərdaxili marşrutlarda nağdsız ödəniş sisteminə keçid və onlayn bilet satışı sisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Görüşdə şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarının müsabiqəyə çıxarılması barədə də fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində hazırda 4 istiqamət üzrə 9 reys müsabiqəyə çıxarılıb. Növbəti mərhələdə şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addımın atılacağı vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
23 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















