Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Çinar Abadlıq və Yaşıllıq” şirkətlərinin daş karxanasında pozuntular aşkarlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Çinar Abadlıq və Yaşıllıq” şirkətlərinin daş karxanasında pozuntular aşkarlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsində “Çinar Abadlıq və Yaşıllıq” MMC-yə məxsus daş karxanasında plan üzrə yoxlama aparılıb və orada insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək pozuntular aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı, üst arabacığı hərəkət etdirən mühərrikin sıradan çıxması səbəbindən əməliyyatın ling vasitəsilə aparıldığı müəyyən edilib.

Həmçinin, daşkəsən maşını elektrik enerjisi ilə təmin edən ötürücü naqillərin birləşmə yerlərinin izolyasiyasız olduğu, naqillərin isə elastik olmadığı, elektrik avadanlıqlarına xidmət zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyi aşkar olunub. Bundan əlavə, müfəttişlərin əraziyə baxışı zamanı daşkəsən maşının hərəkəti üçün nəzərdə tutulmuş rels yolunun sonunda dayaqların, eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın ətrafında qoruyucu çəpərin olmadığı aşkar edilib.

Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən karxana rəhbərliyi və işçilərlə profilaktik söhbət aparılıb, aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Aşkar edilmiş pozuntular barədə akt tərtib olunaraq, onların qısa müddətdə aradan qaldırılması üçün sahibkara təqdim edilib.

19.10.2022 11:09

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18