Rabitəbank dünyanın öndə gedən “SIBOS 2022” maliyyə konfransında iştirak edir
(®) “Rabitəbank” ASC-nin rəhbərlərliyi Amsterdam şəhərində baş tutan “SIBOS-2022” beynəlxalq maliyyə sərgi-konfransında iştirak edirlər.
Hər zaman müasir beynəlxalq təcrübələrə yiyələnən Rabitəbank, bu dəfə beynəlxalq əlaqələrini genişləndirmək, müxbir bank şəbəkəsini artırmaq, öndə gedən rəqəmsal həlləri izləmək üçün tədbirdə geniş tərkibdə iştirak edir.
Sərgi-konfransda Rabitəbank-ın təmsilçiləri bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, Baş Direktorlar – Ziya Nuriyev və Ramil Nəsibovdur.
4 gün davam edəcək konfransda bankın təmsilçiləri qlobal maliyyə institutlarının nümayəndələri ilə mühim görüşlər təşkil edib, rəqəmsal bankçılıq, maliyyə texnologiyaları və müxbir hesabları sahəsində əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi və təcrübə bölgüsü edəcəklər. Həmçinin, Aydın Hüseynov bildirib ki, “görüşdə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılaraq beynəlxalq əlaqələlərimizi genişləndirməklə, təcrübələri ölkəmizdə tətbiq etməyi planlayırıq.”
Hər il ənənəvi olaraq keçirilən SIBOS, bu həftə 9300-dən çox iştirakçını bir araya gətirib. 1978-ci ildə bank əməliyyatları seminarı kimi başlayan tədbir, qlobal maliyyə sektorları üçün ödənişlər, qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi sahələrində müzakirələr və əməkdaşlıq etmək üçün əsas biznes foruma çevrilib.
Bu ilki “SIBOS” konfransının təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT)-dir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)











