"İşəgötürənlərin 92 %-i Bakıda cəmləşib"
“İşə götürən şirkətlərin baş ofisləri əsasən Bakıdadır, bu səbəbdən işəgötürənlərin 92 %-i paytaxtda cəmləşib”.
Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev bildirib.
Onun sözlərinə görə, daha sonra Abşeron yarımadası, Sumqayıt şəhəri 1.2 % ilə önə çıxır:
“Digər şəhərlərimizdə isə işəgötürənlərin əmsalı 1% ətrafında dəyişir”.
Sədr müavini qeyd edib ki, işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var:
“Azərbaycanda ali təhsilli məzunlar öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Məzun olduqdan sonra mütləq hansısa beynəlxalq sertifikasiya proqramına cəlb olunurlar, bundan sonra aidiyyəti üzrə iş tapmaq ehtimalları artır. Bu gün iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi ixtisasından məzun olan minlərlə tələbə var. Lakin reallığa baxsaq ölkəmizdə bu sahədə kifayət qədər iş yeri varmı? Yox. Nəticə etibarı ilə onlar fərqli sahələrə yönəlirlər. Məzunlarımızın, işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)







.jpg)





