BVF: Ərzaq qıtlığı 141 milyon ərəbi təhdid edir
Ərəb Dövlətlərində təxminən 141 milyon insan ərzaq çatışmazlığı ilə bağlı problemlərlə üzləşə bilər.
Marja xəbər verir ki, bunu bazar ertəsi Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Ər-Riyadda ərzaq təhlükəsizliyinə dair konfransda deyib.
"Ərəb dünyasında 141 milyon insan ərzaq təminatında çətinliklə üzləşə bilər, bu, əhalinin üçdə birini təşkil edir. Aydındır ki, onlar humanitar yardıma güvənməməlidirlər. Onlar yerli istehsala, yaxşı paylama sisteminə, yaxşı anbarlara arxalanmalıdırlar", - o deyib.
Georgiyevanın fikrincə, ərəb ölkələrinin hakimiyyət orqanları “əhalini təkbaşına qidalandırmaq” imkanına malik olmalıdır. "Biz bütün bu sahələrdə əməkdaşlığı intensivləşdirəcəyik", - o bildirib.
İyul ayında BVF qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı hesabat təqdim edib. Ərzaq və enerji qiymətlərinin bahalaşması, eləcə də tələb və təklif balanssızlığı ilə bağlı problemlər səbəbindən dünyada inflyasiyanın əvvəlcədən proqnozlaşdırılandan daha sürətlə artdığı vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)






