Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
KOBİA-nın yaydığı məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 68-ə çatıb.
“Startap” şəhadətnamələri "Smartap" MMC-nin satınalmalar üçün onlayn platforması, "BID TAXI" MMC-nin taksi xidmətinin mobil tətbiq üzərindən təşkili, “MeContest” sosial şəbəkə platforması, "Selenium Co." MMC-nin “GarderApp” geyim və aksesuarların satışı üçün marketpleys, “ShiftCon” metavers platforması üzərindən xidmətlər, “Avto İnfo" MMC-nin Azərbaycan ərazisində işlənmiş avtomobillərin tarixçəsinin yoxlanılması üçün informasiya sistemi (servis, sığorta və sair), tikinti üçün 3D printerlərin istehsalı, istismarı və satışı, “MetaStudio” metavers virtual oyunların hazırlanması və satışı, "BOOST" MMC-nin onlayn platforma üzərindən “influenser marketinq” xidməti, "İndi Market" MMC-nin mobil tətbiq üzərindən çatdırılma xidməti layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







