Azərbaycanda 4 şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı - Astara - Bakı, Bakı - Lənkəran - Bakı, Astara - Bakı - Astara və Lənkəran - Bakı - Lənkəran şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
"Marja" bu barədə nazirliyə istinadən xəbər verir.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
Müsabiqə şərtlərinə əsasən, Bakı - Astara - Bakı, Bakı - Lənkəran - Bakı və Lənkəran - Bakı - Lənkəran istiqaməti üzrə daşıyıcıların hərəsinin ən azı 2, Astara - Bakı - Astara istiqaməti üzrə isə daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri oktyabrın 27-si saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə noyabrın 10-u saat 17:00-a qədər AYNA-ya təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri Agentliyin inzibati binasında Bakı - Astara - Bakı və Astara - Bakı - Astara istiqamətlərində ilk 5 Lot üzrə noyabrın 24-də, Bakı - Lənkəran - Bakı və Lənkəran - Bakı - Lənkəran istiqamətlərində 4 Lot üzrə noyabrın 25-də açılacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri prosesdə iştirak edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
23 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















