Böyük Britaniyanın baş naziri Trassdan geri addım yoxdur
Böyük Britaniyada yeni hökumətin açıqladığı və bazarlarda qarışıqlığa səbəb olan büdcə paketinin arxasında baş nazir Liz Truss dayanıb. Truss bəyan edib ki, iqtisadi siyasət ölkə üçün düzgün plandır.Böyük Britaniyanın Baş naziri Liz Truss (Liz Trass) hökumətin elan etdiyi vergilərin azaldılmasını nəzərdə tutan 45 milyard funt sterlinqlik büdcə paketini müdafiə edib.
Marja xəbər verir ki, BBC radiosuna danışan Trass qlobal miqyasda çox çətin iqtisadi dövrlərin olduğunu, mübahisəli və çətin qərarlar tələb edən bu çətin dövrdə iqtisadiyyatın böyüməsi üçün sürətlə hərəkətə keçmələri lazım olduğunu bildirib.
Vəzifəsində hələ bir ayı tamamlamamış Trassın iqtisadi siyasəti funt-sterlinqinin kəskin ucuzlaşmasına səbəb olub. Açıqlamadan sonra sürətlə artan borclanma xərcləri daşınmaz əmlak bazarını təhdid edibvə ölkənin tənəzzül təhlükəsi ilə üzləşməsinə səbəb olub.
Trass, "Hökumət olaraq doğru şeyi etdiyimizə əminəm. Mənim iqtisadi siyasətim düzgün plandır" deyib.
Funt 1,07 səviyyəsində ticarət etdikdən sonra valyuta dollar qarşısında 1% ucuzlaşıb.
Ölkədə açıqlanan mini-büdcə paketindən sonra bazarlardakı qarışıqlıq Bayden administrasiyasını narahat edib və ABŞ-ın ticarət naziri Gina Raimondo dünən verdiyi açıqlamada Trussın vergi endirimi planının iqtisadi artıma dəstək verməyəcəyini bildirib. BVF də plana yenidən baxılmasını təklif edib, eyni zamanda ABŞ-ın keçmiş maliyyə naziri Lourens Summers Bloomberg-ə açıqlamasında Britaniyanın ən pis iqtisadi siyasət aparan ölkə olduğunu bildirib.
Böyük Britaniyanın yaxınlaşan tənəzzül qarşısında geniş vergi endirimlərini elan etməsindən sonra Böyük Britaniyanın fiskal sabitliyinə şübhələr artıb. Bazar ertəsi funt sterlinq 5%-ə qədər də dəyər itirərək 1,0384 dollaradək düşmüşdü.
Böyük Britaniya iqtisadi artımı dəstəkləmək üçün ölkədə son 50 ildə ən böyük vergi endirimləri paketini açıqlayıb. Lakin ölkənin yavaşlayan iqtisadi artım və əkiz kəsirlə üzləşdiyini nəzərə alsaq, bazarlar belə bir hərəkətin davamlılığına şübhə ilə yanaşır.
"The Economist"ə görə, ümumi vergi endirimi ilə büdcənin itirəcəyi vəsait təxminən 30 milyard funt sterlinq ola bilər ki, bu da ÜDM-in 1,2%-i ilə müqayisə edilə bilər. “Daily Telegraph” qəzeti daha yüksək məbləği qeyd edir - vergilərin azaldılması nəticəsində büdcənin itirdiyi gəlirin ümumi məbləği ildə təxminən 45 milyard funt sterlinq ola bilər ki, bu da ÜDM-in 1,8%-inə bərabərdir.
"Financial Times"ın məlumatına görə, hakimiyyət dövlət istiqrazlarının buraxılışını artırmaqla kütləvi borclanmaları maliyyələşdirmək niyyətindədir. Beləliklə, Böyük Britaniyanın Borc İdarəetmə Agentliyi 2022-2023-cü illərdə dövlət istiqrazlarının satışını 62,4 milyard funt sterlinq artıraraq 193,9 milyard funt-sterlinqə çatdırmaq niyyətindədir. Bu fonda Böyük Britaniyanın on illik dövlət istiqrazlarının gəlirliliyi həftə ərzində 0,5 faiz bəndi artaraq 3,77%-ə çatıb.
Hökumət elektrik enerjisinin qiymətlərinin dondurulması ilə əlaqədar olaraq subsidiyalar da verəcək. “Daily Telegraph” qəzetinin hesablamalarına görə, elektrik enerjisinin qiymətlərinin dondurulması üçün subsidiyalar iki il ərzində büdcəyə 150 milyard funt-sterlinqə başa gələ bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 saat əvvəl
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
14 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
14 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















