"Azərbaycanda 25-dən çox fintex var"
Hazırda Azərbaycanda fintex sahəsində 25-dən çox bazar iştirakçısı var.
Bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda qurumun İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.
Talıbov qeyd edib ki, oyunçuların əsas fəaliyyət istiqamətləri onlayn ödəniş platformaları, elektron pul qabları, özünəxidmət köşkləri və sairdir. Onun sözlərinə görə, fintex şirkətlərinin təxminən 55,6%-i Azərbaycanda artıq zərərsizlik nöqtəsini keçmiş şirkətlərdir: "Bu şirkətlərin təxminən 11%-i məhsulun hazırlanması səviyyəsindədir, 44%-i inkişaf etməkdədir və təxminən 4-5%-i inkişaf edib bazarda oturuşmuş şirkətlərdir. Bazarda olan şirkətlərin təxminən 20%-i xaricdə fəaliyyət göstərən şirkətlərdir və yaxud xarici şirkətlərin Azərbaycanda nümayəndəlikləri qismində mövcuddurlar".
Bundan başqa, R.Talıbov deyib ki, qlobal innovasiya indeksinə görə, Azərbaycan 132 ölkə arasında 80-ci, rəqəmsallıq indeksinə görə isə 110 ölkə arasında 70-ci yerdədir.
“Pandemiya dövründə fintexlərin sayı 2 dəfə artıb”
Audit sahəsində “Böyük dördlük” şirkətlərinin apardığı araşdırmaya görə, dünyada koronavirus (COVID-19) pandemiyasının davam etdiyi 2020-2022-ci illərdə fintexlərin sayı 2 dəfə artıb.
Bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bildirib.
“Əgər 2020-ci ildə 15 min fintex var idisə, 2022-ci ildə bu rəqəm 30 minə çatıb. Onların illik gəliri isə 80 milyard ABŞ dollarını keçib”, - o deyib.
AMB rəsmisinin sözlərinə görə, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqəmsallaşma prosesində maliyyə institutları öndə gedirlər.
Xatırladaq ki, bugünki tədbirdə maliyyə texnologiyaları sahəsində baş verən yeniliklər, bu sahənin qarşısında duran çağırışlar müzakirə edilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)








.jpg)





