Sumqayıt-Pirşağı-Bakı qatarında sıxlıqla bağlı açıqlama
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarının Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilməsi ilə bağlı açıqlama yayıb."Məlumat üçün qeyd edək ki, 15-27 sentyabr 2022-ci il tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib. Hazırda hər iki istiqamət üzrə sərnişin sıxlığı müşahidə olunsa da, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlıq daha çox olduğundan Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilib".
Marja xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilib.
Xatırladılıb ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. 1 qatar isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır. Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







