40 min manat büdcəli Avrora Qrup I Voleybol Çempionatı başa çatıb
Avrora Qrup “Birlik və bağlılıq” dəyərindən yola çıxaraq, əməkdaşlarının vaxtının səmərəli keçirilməsi və birliyin daha da möhkəmləndirilməsi üçün voleybol çempionatı təşkil edib.
Şirkət Azərbaycanda voleybolun inkişafı, təbliğ olunması, həm də öz əməkdaşlarının birliyinin, bağlılığının, sağlamlığının və vaxtlarının səmərəli keçirməsi üçün bu kimi aktivliklərin təşkilinə önəm verir. Çempionatın devizi “Sağlam bədəndə Sağlam ruh olar. Sağlam ruhlu insanlar sağlam komandalar formalaşdırır” olaraq seçilib.
Üç ay müddətində davam edən çempionata 8 direktorluq üzrə 16 komanda qatılıb. Məlumat üçün bildirək ki, qrup oyunları Ramada otelin ərzisində keçirilib.
I Avrora Voleybol Çempionatının final mərhələsi gərgin, amma bir o qədər də maraqlı və yaddaqalan oyunlarla yekunlaşıb. Belə ki, Su İdman Sarayında keçirilən final oyunlarında "Key Account" və "Bizon Exclusive" birincilik uğrunda gərgin mübarizə aparıb.
Maraqlı keçən oyunda "Bizon Exclusive" komandası 3-0 hesabı ilə qalibiyyəti rəsmiləşdirib. Üçüncülük uğrunda növbəti maraqlı oyun isə "İnzibati" və "Logistika" voleybol komandası arasında baş tutub. Qarşılaşma 3-0 hesabı ilə "Logistika" komandasının qalibiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, qalib komandalara pul mükafatları, medal və kuboklar təqdim edilib. Ümumilikdə çempionatın büdcəsi 40 000 manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)






