Belarus şirkəti sürücüsüz çalışa bilən kombaynlar istehsal edəcək
Belarusun "Qomselmaş" kənd təsərrüfatı maşınları zavodu oktyabr ayından etibarən Cognitive Pilot (Sberbank və Cognitive Technologies-in törəmə şirkəti) tərəfindən hazırlanmış süni intellekt sistemləri ilə təchiz olunmuş kombaynların seriyalı istehsalına başlayacaq.
Marja xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Oktyabr ayından Belarusun “Qomselmaş” zavodunun istehsalı olan “Gomselmash GS2124” kombaynları Rusiyanın “Cognitive Pilot” şirkətinin süni intellektə əsaslanan “Cognitive Agro Pilot” avtonom idarəetmə sistemi ilə təchiz ediləcək”, - deyə mətbuat xidmətindən bildirilib.
"Cognitive Agro Pilot" süni intellekt texnologiyalarına əsaslanan kənd təsərrüfatı texnikası (kombayn, traktor, çiləyici) üçün avtonom idarəetmə sistemidir ki, bu da mexanizatora işin keyfiyyətinə nəzarəti diqqət mərkəzində saxlamaqla, maşınların idarə edilməsini (və ya məhsul yığımı prosesini) robota həvalə etməyə imkan verir.
"Cognitive Pilot"un məlumatına görə, sürücüsüz kombayn məhsul itkisini 13%-ə qədər, həmçinin biçin vaxtını 25% azalda bilər.
"Qomselmaş kombaynlarında süni intellektin olması onların rəqabət qabiliyyətini artıracaq", - Zavodun İnkişafı üzrə direktor müavini Dmitri Mulyar deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















