“Azəripək” şirkətinin zərəri azalıb
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə şirkəti olan “Azəripək” MMC 2021-ci ili 194 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 268 min manat xalis zərər ilə bağlamışdı.Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azəripək” MMC-nin xalis zərəri 27,6% azalıb.
Marja.az MMC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, satışdan gəlirlər 2020-ci ildə 2 milyon 327 min manat ikən, 2021-ci ildə 7 milyon 714 min manata yüksəlib.
31 Dekabr 2021-ci il tarixində “Azəripək” MMC 11 milyon 66 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 11 milyon 277 min manat cəmi aktivlərə malik idi.
“Azəripək” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
20 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
-
27 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Ən çox oxunanlar
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib






















