Riyazan şirkətlərinin məhsullarından ibarət “şou-rum”un açılışı olub
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Ryazan vilayəti ilə işgüzar münasibətlər mövcuddur. Bununla belə, sənaye, ticarət, informasiya texnologiyaları, investisiya, turizm, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar vardır.
Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
Sonra Riyazan vilayəti Hökümətinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Riyazan şirkətlərinin məhsullarından ibarət “şou-rum”un açılışı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)








.jpg)



