Putindən taxıl dəhlizi ilə bağlı sərt tənqid - “Fırıldaqdır, Rusiya aldandı”
Rusiya prezidenti Vladimir Putin iyulda imzalanmış taxıl dəhlizi sazişi çərçivəsində həyata keçirilən daşımaların böyük hissəsinin Avropaya getdiyini, buna görə də aşağı gəlirli ölkələrin müqavilədən faydalanmadığını bildirib.Rusiya prezidenti Vladimir Putin taxıl dəhlizi ilə bağlı sərt tənqid ilə çıxış edib.
Marja xəbər verir ki, Putin taxıl dəhlizi müqaviləsi çərçivəsində daşınan yüklərin böyük hissəsinin Avropaya getdiyini, buna görə də aşağı gəlirli ölkələrin müqavilədən faydalanmadığını bildirib.
Şərq İqtisadi Forumunda çıxış edən Putin 80 gəmidən yalnız ikisinin aşağı gəlirli ölkələrə getdiyini və buna görə də sövdələşmənin inkişaf etməkdə olan ölkələr üçün “fırıldaq” kimi olduğunu bildirib.
Taxıl müqaviləsini təmin etmək üçün əllərindən gələni etdiklərini, müqavilə şərtlərinə sadiq qaldıqlarını ifadə edən Putin, “Bütün bunlara baxmayaraq Rusiya aldandı” deyib.
"Gördüklərimiz başqa bir həyasızcasına saxtakarlıqdır. Bu, bizimlə bağlı deyil, bu, beynəlxalq ictimaiyyətin aldadılması, Afrikadakı, ərzağa ciddi ehtiyacı olan digər ölkələrdəki tərəfdaşların aldadılmasıdır, bu, sadəcə olaraq bir dələduzluq, alçaq və həyasızlıqdır”, - Putin əlavə edib.
Putin, "Aralıq dayanacaq olan Türkiyə istisna olmaqla, Ukraynadan ixrac edilən taxılın demək olar ki, hamısı aşağı gəlirli ölkələrə deyil, Avropa Birliyinə göndərilir. Aşağı gəlirli ölkələr ərzaq almaq imkanlarını itiriblər", - deyə Putin əlavə edib.
Putin, Türkiyə Prezidenti Tayyib Ərdoğanla məhsulların təyinat məntəqələrinin məhdudlaşdırılmasını müzakirə edəcəyini bildirib.
Bildirilib ki, Putin Ərdoğan ilə taxıl sazişini gələn həftə Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində müzakirə edə bilər.
Putin həmçinin qlobal ərzaq bazarında problemlərin arta biləcəyini və humanitar fəlakətin yaxınlaşdığını dilə gətirib.
Ukrayna Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə yaradılan dəhlizlə daşımaları bərpa edib və ötən ay 1,5 milyon ton ərzaq ixrac edib.
Müqavilənin müddəti noyabrda başa çatır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















