Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən təxminən 54 milyard dollar azalıb
Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 53 milyard 939 milyon dollar azalıb.
Marja.az Bloomberg-in materiallarına istinadən xəbər verir ki, "yoxsullaşan" rusiyalı milyarderlər siyahısına 2022-ci il sentyabrın 1-nə sərvəti 7,53 milyard dollar azalaraq 21,3 milyard dollar təşkil edən “Severstal”ın direktorlar şurasının sədri Aleksey Mordaşov başçılıq edir.
Milyarderlər İndeksinə (Bloomberg Billionaires Index) görə, ilin əvvəlindən "Evraz" mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç 7,34 milyard dollar itirib və sərvəti 10,7 milyard dollara düşüb. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 5,91 milyard dollar yoxsullaşıb, sərvəti 22,1 milyard dollar təşkil edib.
Sərvəti azalan ən varlı sahibkarlar siyahısında təbii qaz istehsalçısı "Novatek"in səhmdarı Gennadi Timçenko da var, onun sərvəti ilin əvvəlindən 4,65 milyard dollar azalaraq 17,8 milyard dollar təşkil edir. MMK Direktorlar Şurasının sədri Viktor Raşnikov 4,41 milyard dollar itirib, 2022-ci il sentyabrın 1-nə onun sərvəti 9,8 milyard dollar qiymətləndirilir.
Eyni zamanda mədən-metallurgiya şirkəti "Norilsk Nikel" və "İnterros" holdinqinin prezidenti Vladimir Potanin sərvətini 2,2 milyard dollar artıraraq 33 milyard dollara çatdırıb.
"PhosAgro"nun direktorlar şurasının keçmiş üzvü Andrey Quryevin, Wildberries onlayn mağazasının baş direktoru Tatyana Bakalçukun sərvətləri artıb.
2012-ci ilin mart ayından Bloomberg xəbər agentliyi planetin ən zəngin 500 adamının vəziyyəti haqqında məlumatları özündə əks etdirən Milyarderlər İndeksini dərc edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























