Tanınmış azərbaycanlı iş adamının ABŞ-dakı şirkəti böyük startap tədbirinin sponsoru olub
"Technovate İnvestments" şirkəti Sacramento-da keçirilmiş böyük startap tədbirinə sponsor olub. Bu fəaliyyət Sacramento-da yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanıb.
Qurucusu tanınmış iş adamı, ABŞ-a koçmüş, GoldenPay/Hesab.az və e-Mobile şirkətlərinin təsisçisi olmuş Fərid İsmayılzadə olan "Technovate Investments" şirkəti Kalifornianın paytaxtı Sacramento şəhərində keçirilmiş GFX adlı böyük startap (startup) tədbirinin sponsorlarından biri olub.
Fərid İsmayılzadənin Marja.az-a verdiyi məlumata görə, bu tədbir, ştatın Silikon Vadisindən sonra ən güclü startup ekosistemlərindən biri sayılan Sacramentonın bütün üzvlərini bir yerə toplayan bir tədbirdir. Tədbirdə ekosistemin mələk investorları, vençur fondları, startapları və müxtəlif dövlət nümayəndələri iştirak edib.
Cəmi 3 illik fəaliyyəti nəticəsində "Technovate" Sacramento ekosistemin önəmli oyunçularından birinə çevrilib. Belə ki, Sacramentoda heç bir qurum xaricdən qlobal potensiallı startapları müəyyən edib, onları Sacramentoya köçürməklə onların sürətlə inkişafı ilə məşğul olmur. Bu fəaliyyət Sacramento-da yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanır.
Qeyd edək ki, "Technovate" həm də ölkəmizdə startap ekosisteminin inkişafı ilə ciddi məşğul olur. "SABAH Lab" ilə birlikdə təsis edilmiş Mələk İnvestorlar Klubu buna misaldır. Klubun 25 üzvü var və artıq bir necə startapa 100 min dollara yaxın sərmayə yatırılıb. Hazırda Technovate bəzi dövlət qurumları və özəl investorlarla birlikdə bir vençur fondun yaradılması ilə də məşğuldur. Studio modelində işləyən "Technovate" ölkəmizdən basqa Gürcüstanda və Mərkəzi Asiyada fəaliyyət göstərir. Portfelində olan 5 startapdan "unicorn" səviyyəsində (dəyəri 1 milyard dolları keçən) bir "exit"in olması ehtimalı çox yüksək qiymətləndirilir. Startapların təxminən hamısı ilkin mərhələdə sərmayə cəlb edə bilmiş, hətta bəziləri ikinci mərhələdə sərmayələr cəlb etməklə məşğuldur.
Müştərilərin xəbərləri

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
-
33 d. əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
-
36 d. əvvəl
Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı
- 43 d. əvvəl
- 52 d. əvvəl
-
58 d. əvvəl
Azər Türk Bank müştərilər üçün sərfəli kredit kampaniyasını davam etdirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
