"5,5 l mühərrikli avtomobil üçün 51.400 manat vergi ödəniləcək"
Azərbaycan Respublikasının Vergi Məcəlləsi 11 iyul 2000-ci il tarixində qəbul edilmişdir. Qəbul olunduğu tarixdən etibarən Məcəlləyə 60 dəfə Qanun dəyişikliyi qəbul edilmişdir. Bu, 60 Qanunla Məcəllənin 673 hissəsinə fərqli dəyişikliklər edilmişdir (son dəyişiklik daxil deyil).
Vergi Məcəlləsinə son dəyişiklik haqqında Qanun 23.12.2016-cı ildə qəbul edilmişdir.
Bu, Vergi Məcəlləsi tarixində edilmiş olan ən geniş dəyişiklik paketidir. Belə ki, son Qanunla Məcəllənin 201 hissəsinə fərqli dəyişikliklər edilmişdir. Bu isə indiyədək edilmiş dəyişikliklərin düz 30 faizi deməkdir.
Bu 201 dəyişikliyin hamısının şərh edilməsi çox uzun olacağı üçün, yalnız əhəmiyyətli olanları ifadə etmək istəyirəm:
-Quş ətinin satışı 3 il müddətinə vergidən azad edilir;
-İnternet vasitəsi ilə alınan mal və xidmətlərə ƏDV-nin tətbiq edilməsi nəzərdə tutulur;
-Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV yalnız “ticarət əlavəsi”ndən hesablanması nəzərdə tutulur;
-Minik avtomobillərinin idxalına görə tutulan aksiz vergi dərəcələri çox əhəmiyyətli dərəcədə artırılır. Misal üçün mühərrik həcmi 5500 sm3 olan avtomobilin aksiz vergisi 51.400 manat, ƏDV və gömrük rüsumunu da nəzərə alsaq təxminən 75.000 manat təşkil edəcək;
-Zinət əşyalarının idxalına görə aksiz vergisi 2 dəfə artırılır;
-Bir çox fəaliyyət növləri üçün (çalğıçı, müğənni, operator və s.) aylıq 5-30 manat (bölgələrdən asılı olaraq əmsallar tətbiq edilməklə) məbləğində sadələşdirilmiş vergi tətbiq edilməsi nəzərdə tutulur;
-Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanması nəzərdə tutulur.
Mustafa Abbasbəyli,
"Bəyli Group"un İdarə heyətinin sədri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)


