Rusiya ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 928 milyon dolları aşıb
Azərbaycana Rusiyadan idxalın həcmi 31,8% artıb2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 872 milyon 764 min dollar təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,9% çoxdur.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,23%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya 472 milyon 341 min dollar dəyərində (azalma 2,9%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 4,3%-i Rusiyanın payına düşüb. Rusiya Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr arasında 9-cu yerdədir.
Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 1 milyard 400 milyon 423 min dollar (artım 31,8%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,7% Rusiyadan idxalın payına düşüb. Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci mövqeyini qoruyub.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 928 milyon 82 min dollar təşkil edib.
2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur.

© İnterfaks-azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















.jpg)

